...

Namiq Nəsrullayev: Azərbaycanın Hesablama Palatası Böyük Britaniyanın Milli Audit Ofisi ilə daha sıx əməkdaşlığa ümid edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Aprel 2006 16:43 (UTC +04:00)

Azərbaycanın Hesablama Palatası Böyük Britaniyanın Milli Audit Ofisi ilə daha sıx əməkdaşlığa ümid edir. Trend in məlumatına görə, bu barədə aprelin 6-da HP-nın sədri Namiq Nəsrullayev məlumat verib.

Onun sözlərinə görə, paralel yoxlamaların, HP-nın fəaliyyətinin ekspertizasının keçirilməsi, Britaniyanın idarələri ilə birgə pilot auditor tədbirlərinin realizə olunması, ali auditor standartlarının tətbiqi, treninqlərin keçirilməsi və s. kimi planlar mövcuddur.

"Çoxlu sayda layihələr var və onların qarşılıqlı anlaşma barədə memorandumun imzalanması əsasında fəaliyyət planına daxil edildiyi halda onları realizə etmək mümkündür", - deyə HP sədri bildirib.

Auditor strukturları arasında qarşılıqlı anşamaya dair Memorandum 2003-cü il mayın 13-də Londonda Namiq Nəsrullayev və Con Born tərəfindən imzalanıb.

HP auditor tədbirlərinin keçirilməsi məsələsinə gəldikdə, N.Nəsrullayev bildirib ki, hazırda dövlət gəlirləri üzrə audit Azərbaycan Dövlət Dəmiryolu İdarəsinin daşınma proseslərinin idarə edilməsi birliyinin "Keşlə yükdaşınma stansiyası"nda, eləcə də dövlət gəlirlərinin hesablanması üzrə Rabitə və İnformasiya texnologiyaları Nazirliyinin "Aztelekom" İB-də keçirilir.

"Aprelin 10-dan Dövlət Neft Fondunun sosial-kommunal məsələlərin həllinə yönələn qaçqınlar və məcburi köçkünlər üçün ayırdığı vəsaitin auditi keçiriləcək", - deyə HP-nın rəhbəri bildirib.

Xəbər lenti

Xəbər lenti