...

Ukrayna Milli Bankının sədr müavini: Perspektivdə Ukrayna GUAM ölkələri üçün investor ola bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 İyun 2006 18:39 (UTC +04:00)

Perspektivdə Ukrayna qonşu dövlətlər, xüsusilə, GUAM ölkələri üçün investor qismində çıxış edə bilər. Bu barədə, Trend in Kiyevdəki xüsusi müxbirinin verdiyi məlumata əsasən, Ukrayna Milli Bankının sədr müavini Aleksandr Savçenko iyunun 30-da Kiyevdə keçirilən "Ukrayna iqtisadiyyatına investisiyalar: vəziyyət, problemlər, tələbat" dəyirmi masada bildirib.

Onun fikrincə, ilk növbədə söhbət energetika layihiələrin, neft və qazıq nəqli, eləcə də Ukraynadan elektrik enerjisinin ixracından gedə bilər.

"Ukrayna burada regional və investisiya lideri kimi çıxış edə bilər. Belə bir əməkdaşlığın qarşılıqlı mənfəəti var" - deyə A.Savçenko vurğulayıb.

2006-cı ilin mayın 22-23-də Kiyevdə GUAM dövlət başçılarının növbəti zirvə görüşü keçirilib. Bu təşkilat 1997-ci ilin oktyabrınja Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova (1999-2005-ci illərdə təşkilata Özbəkistan da daxil idi) tərəfindən yaradılıb. Görüş zamanı GUAM-ın tam beynəlxalq təşkilata (GUAM- Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat" çevrilməsi başa çatıb.

O zaman bəyan edilib ki, GUAM iştirakçıları (Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova) azad ticarət zonası yaradıb. Belə bir zona haqqında əsasənamənin gerçəkləşdirilməsi haqqında protokol imzalanıb.

İndi həmin dövlətlərin hökumətləri gömrük və tarif nizamlanması məsələlərini həll etməlidir.

Xəbər lenti

Xəbər lenti