...

Bakıda ərəb ölkələrinin iştirakı ilə keçiriləcək investisiya konfransının tarixi irəli çəkilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Avqust 2006 14:39 (UTC +04:00)

Ərəb ölkələrindən olan işgüzar adamların və maliyyə institutlarının iştirakı ilə keçiriləcək beynəlxalq investisiya konfransının tarixi noyabrın 8-10-na təyin olunub. İqtisadi İnkişaf Nazirliyindən Trend ə verilən məlumata görə, əvvəlcə konfransın noyabrın 7-9-da Bakıda keçirilməsi planlaşdırılırdı. Konfrans İslam İnkişaf bankı tərəfindən təşkil olunur və tədbirin hazırlanması məqsədilə Azərbaycana $274 min məbləğində qrant ayırıb.

İİN-nin keçirdiyi investisiya konfranslarından fərqlənməyən forum özəl sektora sərmayələrin cəlb olunmasına yönəldiləcək. Həmçinin, eyni zamanda dəyirmi masanın keçirilməsi də istina olunmur. Qeyd edək ki, dəyirmi masa hər 3 ildən bir İİB və ərəb fondlarının iştirakı ilə təşkil olunur.

İİB-in koordinasiya qrupuna daxil olan ölkələrdən 200-250 nəfərin təmsil olunacağı, o cümlədən həmin sayda yerli qonaqların iştirak edəcəyi gözlənilir. Artıq analoji konfrans İİB tərəfindən Özbəkistanda keçirilib.

Xəbər lenti

Xəbər lenti