"Meliorasiya və Su Təsərrüfatı" ASC Yuxarı Şirvan kanalında təmir işləri üzrə tender elan edib. Trend in ASC-ə istinadən xəbər verdiyi kimi, tender büdcə vəsaitləri hesabına inşa ediləcək Yuxarı Şirvan kanalının Ağsu qolunda nasos stansiyalarının və hidrotexniki qurğuların tikintisini nəzərdə tutur.
Yuxarıda qeyd olunan işlərin yerinə yetirilməsinə bu sahədə böyük təcrübəsi və potensial imkanları olan podratçı təşkilatlar dəvət olunurlar.
Dövlət başçısının 23 fevral 2006-cı il tarixli "Meliorasiya və su təsərrüfatı sahəsində idarəçiliyin təkmilləşdirilməsi üzrə tədbirlər haqqında" fərmanına əsasən, meliorasiya və su təsərrüfatı sahəsində idarəçilik sisteminin təkmilləşdirilməsi, su resurslarından istifadənin səmərəliliyinin artırılması, torpaqların meliorasiyası və irriqasiyası ilə bağlı işlərin təşkilinin yaxşılaşdırılması üçün Azərbaycan Kənd Təsərrüfatı Hazirliyi Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyinin bazası əsasında "Meliorasiya və su təsərrüfatı" açıq səhmdar cəmiyyəti yaradılıb.
ASC meliorasiya və su təsərrüfatı sahəsində dövlət xidmətləri göstərir, torpaqların su təminatını həyata keçirir, dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemlərinin istismarını təşkil edir, adıçəkilən sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirir.