...

Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi və Rusiya arasında "Əməkdaşlıq haqqında" protokolun hazırlığı başa çatdırılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Sentyabr 2006 17:57 (UTC +04:00)

Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi Rusiyanın İqtisadi İnkişaf və Ticarət Nazirliyi (İİTN) ilə əməkdaşlıq haqqında protokol layihəsi üzərində görülən işləri başa çatdırıb. Protokolun İİTN başçısı German Qrefin Bakıya səfəri çərçivəsində imzalanması planlaşdırılır. İİN-dən Trend ə verilən xəbərə görə, sənəddə iqtisadiyyatın bütün sahələrində əməkdaşlığın olması nəzərdə tutulub.

Protokol ticarət, informasiya, qanunverici aktlar, normativ-hüquqi baza haqqında informasiya mübadiləsi sahəsində əməkdaşlığı əhatə edir.

G.Qrefin səfəri oktyabrın 5-dən başlayır.

Xəbər lenti

Xəbər lenti