Azərbaycan, Bakı/ Trend müxbir S.Əliyev/ İran İslam Respublikasınımn nəqliyyat naziri Məhəmməd Rəhmətinin Azərbaycana səfəri aprelin əvvəlində baş tutatcaq. Bu barədə məlumatı çərşənbə günü Azərbaycan nəqliyyat nazirinin müavini Musa Pənahov verib.
Qeyd edək ki, səfər ilkin olaraq mart ayının 1-2-nə nəzərdə tutulmuşdu.
İranın nəqliyyat naziri ilə səfər çərçivəsində avtomobil və dəmir yolları, həmçinin Şimal-Cənub dəhlizi və digər məsələlər müzakirə olunacaq.
O cümlədən, İran ərazisindən Naxçıvan Muxtar Respublikasına sərnişin avtobuslarının hərəkəti layihəsilə bağlı məsələnin müzakirə olunacağı gözlənilir.