Azərbaycan, Bakı, 05 mart / Trend / Cari ilin fevral ayında Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) (Birgə müəssisə və əməliyyat şirkətləri istisna olmaqla) 2007-ci ilin analoji dövrünün 15 000 metrinə nisbətdə 17 870 metr həcmində qazma işləri həyata keçirib. Bu barədə şirkətin məlumatınada bildirilir.
Fevral ayında istismar qazma işlərinin həcmi 17 290 metr təşkil edib ki, bu göstərici 2007-ci ildə 14 507 metrə bərabər olub. Kəşfiyyat qazma işləri 2007-ci ilin fevral ayının 442 metr göstəricisi ilə müqayisədə 580 metr təşkil edib.
Ümumilikdə cari ilin yanvar-fevral ayları ərzində 35 114 metr qazma işləri aparılıb ki, bunun da 33 782 metri istismar, 1 332 metri isə kəşfiyyat qazma işlərinin payına düşür.