...

Çexiya enerji layihələri ilə bağlı Aİ-ni tələsdirir

Energetika Materials 25 Aprel 2009 16:51 (UTC +04:00)
Çexiya enerji layihələri ilə bağlı Aİ-ni tələsdirir

Azərbaycan, Bakı, 25 aprel / Trend , müxbir A.Bədəlova/ "Avropa İttifaqı bəyənilmiş layihələrin reallaşdırılmasına tez bir vaxtda başlamalıdır" - sammitin rəsmi saytında yazılana əsasən, Sofiyada keçirilən "Avropa üçün təbii qaz: təhlükəsizlik və tərəfdaşlıq" qaz sammitində çıxış edən Çexiyanın vitse-Baş naziri Aleksandr Vondra deyib.

Onun sözlərinə görə, mayın 8-də Praqada keçiriləcək Cənub dəhlizi üzrə sammitin məqsədi Avropanın ümumi bəyanatlar mərhələsindən reallaşdırma mərhələsinə keçidlə bağlıdır.

Vondranın dediyi kimi, konkret layihələrin fəaliyyəti və sona çatma müddətləri ilə bağlı öhtəlikləri yekunlamaq lazımdır.

"Biz "Nabukko" ilə bağlı hökumətlərarası danışıqları sona çatdırıb iyuna qədər sənədi imzalamalıyıq. İlin sonuna dək ITGI layihəsi üzrə razılaşmanı imzalamalıyıq. Avropa İttifaqı və İraq enerji sferasında qarşılıqlı anlaşma barədə razılaşmanı olduqca tez imzalamalıdırlar", - Vondra qeyd edib.

Vitse-Baş nazirin dediyinə görə, Praqada keçiriləcək sammitdə layihələrin həyata keçirilməsi istiqamətində maniələrin aradan qaldırılması yoldunda konkret atılacaq addımlar barədə razılaşma əldə edilməlidir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti