...

Dünyada neftin qiyməti artacaq – Azərbaycanın enerji naziri

Energetika Materials 22 May 2009 18:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 may / Trend , müxbir E.İsmayılov/

"Dünya maliyyə böhranının başa çatmasından sonra dünya iqtisadiyyatının kəskin inkişafı baş verəcək və neftin bir barelinə olan qiymət 100 dolları ötəcək", - cümə günü Azərbaycanın sənaye və enerji naziri Natiq Əliyev deyib.

"Fikrimcə ilin sonuna qədər qiymətlər normallaşacaq və böhrandan sonra dünya iqtisadiyyatında kəskin artım olarsa, neftin qiyməti 100 dolları ötə və keçən il olduğu qiymətə çata bilər", - Əliyev bildirib.

Bir müddət əvvəl neftin aşağı düşən qiymətləri son zamanlar normallaşaraq 60 dollara çatıb. "OPEK-in fikrincə, bir barelə görə 70 dollar həm idxalçılar, həm də ixracçılar üçün normal sayılır", - Əliyev qeyd edib.

Əliyev deyib ki, Azərbaycanda böhranın təsiri minimal olub, ölkə yaxşı nəticələr əldə edib.

Hazırda neft-qaz faktoru Azərbaycan iqtisadiyyatı üçün çox vacib əhəmiyyət daşıyır. "Bu məhz belə də olmalıdır, mən hesab edirəm ki, bundan sonrakı daha 10-15 il ərzində iqtisadiyyatımızın əsasını neft-qaz faktoru təşkil edəcək", - Əliyev deyib.

Əliyevin fikrincə, ölkədə neft və qaz hasilatının artımı hələ bir neçə il davam edəcək və əhalinin rifahını yaxşılaşdıracaq. "Amma bununla yanaşı qeyri-neft sektoru da inkişaf edir", - Əliyev əlavə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti