...

"Azəriqaz"ın rəhbəri Əlixan Məlikov vəzifəsində qalacaq – QSC-nin mətbuat xidməti

Energetika Materials 10 İyul 2009 16:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 iyul / Trend /

Azərbaycan Prezidenti İlham Əliyevin fərmanı ilə SOCAR-ın tərkibinə keçirilən "Azəriqaz" QSC-nin rəhbəri Əlixan Məlikov hazırda məzuniyyətdədir, məzuniyyət başa çatandan sonra öz işinə davam edəcək. Bu barədə çərşənbə günü QSC-nin mətbuat xidmətinin rəhbəri Kamandar Eyvazlı məlumat verib.

"Bəzi yerli KİV-də "Azəriqaz"ın rəhbəri Əlixan Məlikov barədə yayılan məlumatlar həqiqətə uyğun deyil", - Eyvazlı deyib.

Onun sözlərinə görə, hazırda QSC-nın fəaliyyətinin gücləndirilməsi və strukturunun təkmilləşdirilməsi yönündə iş aparılır.

Xəbər lenti

Xəbər lenti