...

ARDNŞ dənizdəki yataqlardan neft hasilatını artırır

Energetika Materials 2 Mart 2010 13:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 mart / Trend /

Bu il ARDNŞ "Pirallahı" yatağında 14 yeni quyu qazmağı planlaşdırır. Bu barədə ARDNŞ-nin məlumatında deyilir.

Əvvəl yataqdan üç yeni neft quyusu istismara verilib. Hər quyunun dərinliyi 750 metr, sutkalıq debit 4 ton təşkil edir.

İlk öncə yataqda 2050 metr dərinliyində kəşfiyyat quyusunun qazılmasına başlanıb və artıq quyunun 1677 metri qazılıb.

Son üç il ərzində yataqda 25 quyu qazılıb ki, onlardan da sutkada 4-6 ton neft hasil edilir.

Hazırda Azərbaycanda 59 yataq fəaliyyət göstərir, onlardan 18-i dənizdə yerləşir.

Xəbər lenti

Xəbər lenti