...

QDTİB ARDNŞ-ə 58 milyon dollar kredit ayırıb

Energetika Materials 23 İyun 2013 12:08 (UTC +04:00)
Qara dəniz ticarət və inkişaf bankı (QDTİB) ARDNŞ-ə (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) 58 milyon dollar kredit ayırıb. Trend-in məlumatına görə, bunu bankın sədri Andrey Kondakov deyib.
QDTİB ARDNŞ-ə 58 milyon dollar kredit ayırıb

Azərbaycan, Bakı, 23 iyun /Trend, müxbir E.Əliyev/

Qara dəniz ticarət və inkişaf bankı ARDNŞ-ə (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) 58 milyon dollar kredit ayırıb.

Trend-in məlumatına görə, bunu bankın sədri Andrey Kondakov deyib.

"Direktorlar Şurası Qara dəniz ticarət və inkişaf bankının Star NAZ-ın tikintisi layihəsinə daxil olmaq haqqında qərarı yekdilliklə dəstəklədi. Kredit 18 il müddətinə ayrılıb" - deyə Kondakov əlavə edib.

Onun sözlərinə görə, bu kredit məbləği Qara Dəniz Ticarət və İnkişaf Bankının tarixində ilkdir.

"Adətən bank 10 illik kreditlər verir. Bu məbləğdə kredit isə suveren zəmanət altında verilir. Amma bu dəfə belə bir zəmanətə ehtiyac qalmadı. Çünki biz ARDNŞ-i ciddi və etibarlı tərədaş kimi görürük" - deyə Kondakov vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti