...

Azərbaycan neftinin qiymətləri: 22-26 sentyabr həftəsinin yekunları

Energetika Materials 27 Sentyabr 2014 14:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 sentyabr /Trend, müxbir Emil İsmayılov/

Ötən həftə - 22-26 sentyabr tarixlərində Azərbaycanın İtaliyanın Augusta limanından CIF şərtləri ilə Supsa, Batumi (Gürcüstan) və Ceyhan (Türkiyə) limanları vasitəsilə satdığı AZERI LT (CIF) növlü neftin orta qiyməti 97,11 dollar/barel olub ki, bu da əvvəlki həftənin göstəricisindən 1,66 dollar/barel azdır.

Trend-in məlumatına görə, 22-26 sentyabr həftəsində AZERI LT-nin qiyməti maksimum 97,48, minimum isə 96,52 dollar/barel təşkil edib.

22-26 sentyabr həftəsində Azərbaycanın Novorossiysk limanından satdığı URALS (EX-NOVO) növlü neftin qiyməti 92,86 dollar/barel təşkil edib ki, bu da ötən həftənin göstəricisindən 1,69 dollar/barel azdır.

Ötən həftə URALS-ın qiyməti maksimum 93,2, minimum isə 92,33 dollar/barel olub.

URALS-ın API üzrə qatılığı 32 dərəcə təşkil edir, kükürdün miqdarı isə 1,3 faizdir. Lakin satış zamanı müxtəlif vaxtlarda, tərkibində daha çox keyfiyyətli (və ya daha az) neftlərin dominantlığından asılı olaraq, bu neftin spesifik xüsusiyyətləri dəyişir.

22-26 sentyabr həftəsində "Brent Dated" növünün orta qiyməti təxminən 95,14 dollar/barel təşkil edib ki, bu da ötən həftənin göstəricisindən təqribən 1,86 dollar/barel azdır.

Ötən həftə "Brent"in maksimum qiyməti 95,47 dollar, minimum isə 94,59 dollar/barel təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti