SOCAR-da satınalmalar necə həyata keçirilir?

SOCAR-da satınalmalar necə həyata keçirilir?

Bakı. Trend:

Təcrübə göstərir ki, dövlət satınalmaları prosedurları bütövlükdə dövlətin iqtisadi vəziyyətinin effektivliyinin artırılması mexanizmlərindən biri olaraq həyata keçirilir. İnkişaf etmiş ölkələrdə dövlət sifarişləri iqtisadiyyatın güclənməsi üçün əsas üsullardan biri kimi geniş istifadə olunur. Öz növbəsində, satınalmaların rasional təşkili zamanı şirkətlər kommersiya risklərini minimallaşdırmaq, istehlakçı tələblərini ən yaxşı şəkildə qarşılamaq və bazarda rəqabətədavamlılıqlarını artırmaq imkanı əldə edirlər.

SOCAR-ın satınalmaların təşkili və idarə olunması üzrə normativ sənədləri (Konsepsiya, Siyasət, Standartlar, Təlimatlar və s.) qlobal neft-qaz şirkətlərinin satınalma sahəsi üzrə tətbiq etdikləri daxili standartları, Dünya Bankının satınalmaları tənzimləmə sahəsindəki təcrübəsi öyrənilməklə və məsləhətçi şirkətlərin cəlb edilməsi yolu ilə hazırlanıb. Bu sənədlər satınalma əməliyyatlarının bütün mərhələlərini əhatə edir və hər bir proses üzrə məsul rolları və vəzifələri, sənədləşmə prosedurlarını özündə əks etdirir. Dünyanın “Böyük dödrlük” adlandırılan 4 ən nüfuzlu audit şirkətlərindən olan “PricewaterhouseCoopers” şirkəti və “KPMG” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi SOCAR-ın satınalma prosedurlarını təhlil edərək, normativ sənədlərin “Dövlət satınalmaları haqqında” Qanunun bütün mühüm aspektlərinə uyğun olduğunu bildiriblər. Belə ki, şirkətin kommersiya fəaliyyəti əsasında əldə edilən vəsaitlər hesabına satınalma prosedurları SOCAR-ın daxili normativ sənədləri ilə, dövlət vəsaiti və ya dövlət zəmanətli kreditlər hesabına maliyyələşdirilən layihələr zamanı isə mütləq şəkildə “Dövlət satınalmaları haqqında” Qanun ilə müəyyən edilmiş satınalma prosedurları təşkil edilməklə icra edilir.

Bəs satınalma prosesləri necə təşkil olunur?

SOCAR-ın satınalmalarında ilk proses tələbatın planlaşdırılması hesab edilir. Malların (işlərin və xidmətlərin) planlaşdırılması növbəti ilin 10 yanvarınadək tamamlanır. Bazar iştirakçılarının zəruri məlumatları əldə edərək, SOCAR-da təşkil olunacaq satınalmalara maraqlarının artırılması və beləliklə də, irəlidə satınalma prosedurlarında rəqabətin artırılması, sonda isə ən səmərəli təkliflərin cəlb edilə bilməsi məqsədilə təsdiq edilmiş planlar hər bir müəssisə üzrə SOCAR-ın rəsmi internet səhifəsində yerləşdilir. Planlaşdırma prosesləri SOCAR-da tətbiq olunan “SAP” proqram təminatının mövcud modullarında təşkil edilir.

Bundan əlavə, qlobal şirkətlərin də təcrübəsinə uyğun olaraq, SOCAR-da “Müqavilə Planları” tətbiq olunur. Müqavilə Planlarında hər bir mal (iş və xidmət) və ya qrupları üzrə satınalma prosedurlarının təşkil edilməli olduğu tarixlər, tətbiq olunacaq satınalma metodu, gəlir və xərclər smetasında nəzərdə tutulmuş büdcə, ilboyu aparılacaq satınalma prosedurlarına uyğun olaraq təyin edilmiş məsul şəxslər və digər faydalı məlumatlar yer alır.

Malların (işlərin və xidmətlərin) satın alınması və vendorlarla işlərin düzgün aparılması məqsədilə SOCAR-da satınalma sahələri (mal, iş və xidmət), kateqoriyalar və subkateqoriyalar müəyyən edilib. Həmçinin, SOCAR-ın vendorlarının da bölgüsü eyni məntiqlə aparılır və hər bir kateqoriya və/və ya subkateqoriya üzrə pre-kvalifikasiya olunmuş vendorlar yerləşdirilir.

Satınalmalarda dəyərin müəyyənləşdirilməsi necə aparılır?

SOCAR-ın satınalmalarında ehtimal olunan dəyərin müəyyən edilməsi proseduruna xüsusi önəm verilir. Bununla bağlı ayrıca standart qüvvədədir və standarta əsasən ehtimal dəyəri 4 üsulla - vendorlara sorğu göndərmək, əvvəl bağlanmış müqaviləni təhlil etmək, açıq internet resurslarında (published price) mövcud olan rəsmi məlumatları araşdırmaq, məsləhətçi cəlb etməklə müəyyən edilir. Bu prosedurda aparılan fəaliyyətin məsul şəxsləri müəyyən edilir və bütün məlumatların məxfiliyi təmin edilir.

Ehtimal olunan dəyər proseduru zamanı ehtimal dəyərinin müəyyən edilməsində təklifi əhəmiyyətli rol oynayan bazar iştirakçısına müsabiqələrin (tender) təşkili zamanı, şirkətdaxili normativ sənədlərə uyğun olaraq, fərdi dəvətlərin göndərilməsi təmin edilir. Ehtimal dəyəri sifarişçi struktur bölmələr və ixtisaslaşmış təchizat bölmələri tərəfindən aparılır. SOCAR-da təsdiq olunmuş standart sənədələrdən istifadə edilməklə, tələbin tam və düzgün formalaşdırılması və yalnız bundan sonra bazar araşdırmasının aparılması təmin edilir. Mümkün risklərin müyyən edilməsi və idarə olunması ehtimal olunan dəyər zamanı Risklərin Aşkar Edilməsi Təlimatına uyğun tənzimlənir. Belə ki, mümkün risklərin vaxtında aşkar edilərək strategiyanın ona uyğun qurulması gələcəkdə uğurlu prosedur üçün zəmin yaradan amillərdəndir.

SOCAR-ın vendorları

SOCAR-ın vendor sahələri üzrə rəqabətin yüksəldilməsi üçün yeni bazar iştirakçılarının müəyyən olunması məqsədilə vaxtaşırı ümumi qaydada pre-kvalifikasiya proseduru keçirilir. Bu prosedur aşağıdakı məqsədlərə çatmaq üçün təşkil edilir:

- SOCAR-da aparılan satınalmalarda mümkün risklərin idarə olunması və xərclərin azaldılması;
- obyektiv və zəruri tələblərə cavab verməyən malgöndərənlər (podratçılar) tərəfindən veriləcək müsabiqə təkliflərinin araşdırılmasına izafi vaxt sərf etməyərək, satınalma prosedurlarının keçirilməsi müddətinin uzanmaması;
- yaxın və ya bərabər potensiallı malgöndərənlər (podratçılar) arasında yüksək rəqabətin əldə edilməsi və daha çox zəruri potensiallı malgöndərənin (podratçının) cəlb oluna bilməsi;
- xüsusilə istehsalatla birbaşa bağlı olan müqavilələrin vaxtında icrasını təmin etməklə fasilələrə və əlavə xərclərə yol verilməməsi;
- SOCAR-ın 3-cü tərəflər qarşısında götürülmüş öhdəliklərinin, eləcə də müqavilələrin peşəkar və yüksək keyfiyyətli icrasının təmin edilməsi.

Pre-kvalifikasiya prosedurlarından uğurla keçmiş malgöndərənlər (podartçılar) SOCAR-ın təsdiq olunmuş vendor siyahısında pre-kvalifikasiya olunduğu sahə, kateqoriya və sub-kateqoriya üzrə qeydə alınırlar.

Satınalma prosedurlarına başlamaq üçün satınalan təşkilatlar təsdiq edilmiş planlara uyğun olaraq tərtib edilmiş satınalma strategiyalarını hazırlayırlar. Strategiyada satınalma əməliyyatının bütün mühüm məqamları, məsələn, təyinatı, həcmi, ehtimal dəyəri, riskləri, vendorları (fərdi dəvət ediləcək), maliyyələşdirmə mənbəyi, faydaları, icra planı, rolları və s. əks olunur və səlahiyyət hədlərinə uyğun olaraq, ya qurumlarda, ya da SOCAR-ın Satınalmalar Komitəsində baxılır.

Satınalmalar Komitəsi: SOCAR-da satınalma siyasətini icra edən qurum

Satınalmalar Komitəsi, Azərbaycan Respublikası Prezidentinin 20 iyul 2009-cu il tarixli 126 nömrəli Fərmanına əsasən, SOCAR-ın strukturunda təsis edilib. Kollegial qurum olan Komitənin əsas fəaliyyəti SOCAR-da aparılan satınalma əməliyyatlarının qüvvədə olan qanunvericiliyə və SOCAR-ın normativ sənədlərinə uyğun aparılmasına, əməliyyatların səmərəli təşkil edilməsinə, koordinasiyasına nəzarət etmək və SOCAR-ın satınalmalar siyasətini həyata keçirməyə yönəlib. SOCAR-ın fəaliyyət sahəsinin spesifikliyini nəzərə alaraq, istehsalat proseslərinin fasiləsiz və keyfiyyətli dəstəklənməsi, eləcə də SOCAR-da aparılan satınalma əməliyyatlarının və digər məsələlərin müxtəlif aspektlərdən qiymətləndirilərək kollegial qərarların verilməsi məqsədilə Satınalmalar Komitəsi müxtəlif, xüsusilə istehsalat prosesləri ilə sıx bağlı sahələri təmsil edən rəhbər şəxslərdən formalaşdırılıb. Komitə aşağıdakı istiqamətlər üzrə fəaliyyət göstərir:
- tələb olunduqda sahə üzrə mütəxəssislərin cəlb olunması və onlardan rəylərin əldə edilməsi ilə məsələlərin hərtərəfli araşdırılması, eləcə də sorğuların verilməsi;
- SOCAR-da aparılan satınalmaların, mütəmadi olaraq, təhlilin aparılması və təhlillər nəticəsində aşkar edilən riskli məsələlərin həll edilməsi;
- satınalma prosedurlarının daha da təkmilləşdirilməsi, eləcə də SOCAR-da formalaşan tələbatların daxili və ya digər yerli resurslar hesabına təmin edilməsi ilə bağlı təkliflərin hazırlanması;
- sahibkarlıq subyektlərinin SOCAR-da aparılan satınalmalarla bağlı müraciətlərinə fərdi qaydada baxılması və problemli məsələlərin həlli istiqamətində qərarların verilməsi.

Satınalma prosedurlarının müsabiqələrin təşkil edilməsi ilə aparılmasına üstünlük verilir. Belə ki, SOCAR səmərəli dəyərin sağlam rəqabət əsasında əldə olunmasını, müasir texnologiyaların/metodologiyaların təklif olunmasını, yeni potensiallı bazar iştirakçılarının müəyyən olunmasını dəstəkləyir. Müsabiqədən kənar (bir mənbədən) satınalma əməliyyatlarını apara bilmək üçün normativ sənədlərdə müəyyən edilmiş tələblərə ciddi riayət olunması və bunun əsaslandırılması tələb olunur. Vaxt və satınalma predmetinin mahiyyəti imkan verdikdə, təcili əsaslarla müsabiqədən kənar satınalmalar zamanı, belə bazar iştirakçıları arasında hərracların təşkil edilməsi yolu ilə ən səmərəli təklifin cəlb olunmasına nail olunur.

Satınalma elanları necə yerləşdirilir?

Açıq müsabiqələrlə bağlı elanlar 2 dildə (azərbaycan və ingilis dillərində) SOCAR-ın rəsmi internet səhifəsində, SOCAR-ın həmtəsisçiliyi ilə fəaliyyət göstərən kütləvi informasiya vasitələrində, eləcə də beynəlxalq internet resurslarında nəşr edilir.

Elanlarda satınalma predmetinin spesifikasiyası, ilkin texniki tələblər, tədarük (yerinə yetirilmə) şərt və müddətləri, həcm, təminat növləri (əgər tələb olunursa) və bazar iştirakçılarının satınalma müsabiqəsinə hazırlığı üçün digər məlumatlar əvvəlcədən bazar iştirakçılarının diqqətinə çatdırılır.

Satınalma müsabiqələrinə hansı sənədlər təqdim olunmalıdır?

SOCAR-da satınalma müsabiqələrində sənədləşmənin vahidliyini təmin etmək məqsədilə standart sənədlər təqdim olunur. Müsabiqəyə dəvət sənədləri (əsas şərtlər topluları) mallar, işlər və xidmətlər üçün ayrı-ayrı təsdiq edilib. Müsabiqələr zamanı bu standart sənədlərdən, o cümlədən bank təminatları ilə bağlı şablonlardan və hər bir sahə üçün ayrı olmaqla, standart satınalma müqavilə nümunələrindən istifadə edilir. Beləliklə, iddiaçı qismində çıxış etmək niyyətində olan bazar iştirakçıları müqavilənin ümumi və xüsusi şərtləri ilə əvvəlcədən tanış olurlar.

Müsabiqəyə dəvət sənədlərində açıq rəqabəti və şaffaflığı pozacaq tələblərin, cizgilərin, markaların əks etdirilməsinə yol verilmir. Satınalma qruplarına (tender komissiyalarına) ixtisaslaşmış təchizat bölmələrinin əməkdaşları və digər dəstəkləyici sahələrin nümayəndələri ilə yanaşı, sahə üzrə mütəxəssislər daxil edilir. Bütün bunlar tələblərin və spesifikasiyaların aşkar, müstəqil, peşəkar tərtib olunması və bu yolla da bazar iştirakçılarında aydın təsəvvürün formalaşması, daha sonra isə SOCAR üçün səmərəli təklifin seçilməsi məqsədilə edilir.

Satınalma müsabiqələrində effektivliyi və qərarların müstəqilliyini təşkil edə bilmək üçün müsabiqə təklifinin texniki və maliyyə hissələrə bölünməklə ayrı-ayrı zərflərdə təqdim edilməsi və buna uyğun olaraq da qiymətləndirilməsi aparılır. SOCAR-da ehtimal dəyəri yüksək olan satınalma əməliyyatları zamanı müqavilənin yerinə yetirilməsi və avans ödənişinə görə təminatlar tələb olunur. SOCAR-ın kreditor borcluları olan malgöndərənlər (podaratçılar) iddiaçı qismində iştirak etdikdə onların kreditor borclarını təminat qismində təqdim etmələri təklif edilir. Bu isə bazar iştirakçılarının xərclərinin azaldılmasına və operativliyə, asan iştiraka dəstək olur.

Satınalmanın nəticələri necə açıqlanır?

Satınalma müsabiqələrinin nəticələri təsdiq edildikdən sonra, müvafiq qaydada satınalma müqaviləsi bağlanmış iddiaçı və onun təklifinin ümumi məlumatları barədə iddiaçılara bildiriş verilir və bu məlumatlar (müqavilənin təltif edilməsi barədə) SOCAR-ın rəsmi internet səhifəsinə yerləşdirilir.

Satınalma müqaviləsini əsassız olaraq bağlamaqdan imtina edən və ya icra etməyən malgöndərənlərə (podratçılara) qarşı standartlara uyğun tədbirlər (bank təminatının icraya qəbulu, dəbbə pulu) görülür və belə malgöndərənlər (podratçılar) arzuolunmaz (riskli) hesab edilərək, SOCAR-da təşkil olunan satınalmalarda iştirakları, müvəqqəti olaraq, qadağan edilir. Bundan əlavə, bazarın SOCAR-ın ehtiyaclarının tam və peşəkar qarşılaya bilməsi imkanlarının ölçülməsi məqsədilə vaxtaşırı bazar araşdırması (market survey) aparılır və bunun nəticələrinə uyğun olaraq, zəruri qabaqlayıcı tədbirlər həyata keçirilir.

Satınalmalarda hansısa imtiyazlar/məhdudiyyətlər nəzərdə tutulurmu?

SOCAR-da formalaşan tələbatların yerli mallar, işlər və xidmətlər hesabına təmin edilməsinin stimullaşdırılması məqsədilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə müraciət edilərək neft və mədən sahəsi üzrə istehsalçı müəssisələrin siyahısı dəqiqləşdirilib və bu istiqamətdə tələbatların yerli müəssisələr arasında müsabiqələrin təşkil edilməsi yolu ilə təmin edilməsi həyata keçirilir. Bundan əlavə, beynəlxalq müsabiqələrin keçirildiyi bütün prosedurlarda yerli mallara, işlərə və xidmətlərə münasibətdə qanunvericiliyə uyğun güzəştli düzəlişlər olunur.

Müqavilə münasibətləri qurulmazdan öncə seçilmiş qarşı-tərəflərin (iddiaçıların), SOCAR-ın standartına uyğun olaraq, yoxlanması (əgər standarta görə yoxlanmalıdırsa) aparılır. Burada mülki qanunvericiliyə və SOCAR-ın Korrupsiya ilə Mübarizə Standartlarına əsasən müqavilə bağlanmasına mane olan riskli məqamlar aşkar edildiyi təqdirdə, belə qarşı-tərəflə müqavilə bağlanmasına yol verilmir.

SOCAR-ın Satınalma Siyasətinə əsasən satınalma müqaviləsinin ümumi həcminin artırılması zəruri olarsa, bu halda, vahid dəyərinin, eləcə də SOCAR üçün əlavə öhədliklər yarada biləcək iqtisadi-texniki faktorların dəyişdirilməsinə yol verilmir. Malların tədarükü, bununla bağlı tətbiq edilən sahə üzrə təlimata uyğun olaraq, mərkəzləşdirilmiş qaydada aparılır. Müqavilənin istənilən bir tələbinə cavab verməyən malların qəbuluna yol verilmir.

SOCAR-da satınalmalar necə rəqəmsallaşdırılır?

SOCAR-da artıq uzun illərdir biznes proseslərin rəqəmsallaşdırılması aparılır və satınalmalarda da bu proseslərə strat verilib. SOCAR-da aparılan satınalmalarda müasir standartlara və qabaqcıl beynəlxalq təcrübəyə uyğun olaraq, prosedurların rəqəmsallaşdırılması yolu ilə icra intizamının və nəzarətin gücləndirilməsi, operativliyin və satınalmaların təşkilində səmərəliliyin daha da artırılması, kağız daşıyıcılarda aparılan fəaliyyətin və sənəd axımının minimuma endirilməsi, gələcəkdə SOCAR-da tətbiq olunan proqram təminatları ilə, o cümlədən mərkəzi dövlət təşkilatlarının elektron sistemləri ilə inteqrasiyasının təmin edilməsi məqsədilə məsləhətçi şirkət cəlb olunub. Hazırda şirkətdə SOCAR Elektron Satınalma Sistemi layihəsi icra edilir.

Artıq 01.08.2020-ci il tarixdən etibarən, “Bazar Araşdırması” modulunun SOCAR-da tətbiqinə başlanılıb. Buna uyğun olaraq, ehtimal olunan dəyərin müəyyən edilməsi elektron qaydada sistem daxilində aparılır. Bu modul vasitəsilə pre-kvalifikasiya prosedurlarının da həyata keçirilməsi təmin edilir. Elektron sistemin növbəti modulu “Elektron Satınalma” (e-sorucing) adlanır və müvafiq testlərin, sertifikatlaşdırılmaların və auditin aparılmasından sonra, SOCAR əməkdaşlarının və bazar iştirakçılarının istifadəsinə təqdim ediləcək. Bu modul vasitəsilə təkliflərin tam məxfi və toxunulmazlıq şəraitində baxılması, SOCAR üçün ən səmərəli təklifin avtomatlaşdırılmış qaydada müəyyən edilməsi təşkil ediləcək. Elektron modullar vasitəsilə, satınalamalara cəlb olunmuş SOCAR əməkdaşlarının olduğu kimi, bazar iştirakçılarının da əsas səmərəlik göstəricilərinin ölçülməsi və buna uyğun olaraq, zəruri tənzimləmələrin aparılması həyata keçiriləcək. Müsabiqə iddiaçıları üçün elektron “Şəxsi kabinet”də SOCAR-da dəvət olunduğu bu və ya digər prosedur haqqında rəyinin (feedback) verilməsi imkanları təmin ediləcək.

Bununla belə, SOCAR-da aparılan satınalmalarla bağlı səmərələşdirici təklfilərin, şikayətlərin və təşəkkürlərin, birbaşa olaraq, SOCAR-da satınalmalar sahəsində səlahiyyətli və məsul şəxslərə çatdıırlması və operativ həllər məqsədilə “Bizə yazın!” (Speak Up!) xidməti SOCAR-ın internet səhifəsində istifadəyə verilib. Bu alət vasitəsilə bazar iştirakçıları asanlıqla bir toxunuşla SOCAR-a yaza bilirlər.

Gürcüstan Azərbaycana ən çox ixrac olunan malları açıqlayıb
Gürcüstan Azərbaycana ən çox ixrac olunan malları açıqlayıb
Mərkəzi Bank rəqəmsal valyuta ilə bağlı sənəd üzərində işləyir
Mərkəzi Bank rəqəmsal valyuta ilə bağlı sənəd üzərində işləyir
2025-ci ilədək nağdsız ödənişlərin payı 25 faiz olacaq - Zakir Nuriyev
2025-ci ilədək nağdsız ödənişlərin payı 25 faiz olacaq - Zakir Nuriyev
Loading Bars
Xəbər lenti
15 bölgədə STEAM layihəsi həyata keçiriləcək - Təhsil naziri
Azərbaycan nefti bahalaşıb
Deputat Anar İsgəndərovun tələbələrlə görüşü olub (FOTO)
Bitkoin maliyyə resursu kimi dayanıqlılıq nümayiş etdirir - "FARI Solutions"
Sabah Moskvada “altılıq formatı”nın ilk iclası keçiriləcək
Kərpic sexində fəhlə ölüb
Xəzərdə tapılan insan skeletinin kimə məxsus olduğu müəyyənləşib
Mərkəzi Gömrük Hospitalının tibb bacıları “Kritik vəziyyətlərdə ilk tibbi yardım” təlimində iştirak ediblər (FOTO)
Sınaq imtahanlarına qeydiyyat bu gün başa çatır
Ermənistanın Beynəlxalq Ədalət Məhkəməsinə bəslədiyi ümidlər boşa çıxdı - TƏHLİL
Tovuzda iki qardaş bıçaqlanıb, biri ölüb
Toyda karantin qaydalarını pozan 4 nəfər cərimələndi
Bank Respublika “Nağd kredit al, kreditin 5%-ni geri al!” kampaniyasına start verib (FOTO)
Azərbaycan Ordusunun hərbi qulluqçusu şəhid olub
Hacıqabul sakinindən sənədsiz ov tüfəngi götürülüb
Xarici valyutaların manata qarşı məzənnələri
Bakıda möhtəşəm "Avant Park" yaşayış kompleksinin inşasına start verildi (FOTO/VİDEO)
Zaqatalada avtomobil təmiri sexi yanıb
Ötən gün 18 koronavirus xəstəsi küçədə yaxalanıb
Bakıda yaşlı kişi metroda öldü
2020-ci il dekabrın 10-da keçirilmiş parad qalib ordunun Zəfər yürüşü idi - Kamaləddin Qafarov
Suraxanı rayonunda “Böyük Zəfər” məhəllələrarası mini futbol yarışlarının rayon turu başa çatıb (FOTO)
Azərbaycanla İran Astaraçay üzərində yeni körpünün inşası üzrə işlərə başlayıb - Səfir (ÖZƏL)
ABŞ-da AstraZeneca-nın COVID-19-a qarşı dərmanın istifadəsinə icazə verilib
ABŞ-da 5G-nin təhlükəsi barədə xəbərdarlıq edilib
Niderland Rotşildlərdən Rembrandtın rəsmini almaq üçün 150 milyon avro ayırıb
“Tottenhem” - “Renn” oyunu COVID-19-a yoluxma hallarına görə təxirə salınıb
ABŞ-da 2050-ci ilə qədər tullantıların sıfıra endirilməyi nəzərdə tutulur
Rusiya Türkiyəyə S-400-lərin əlavə partiyasını göndərmək niyyətindədir
Türkiyə və İran prezidentləri ikitərəfli münasibətləri müzakirə ediblər
"Barselona" Çempionlar Liqasının pley-off mərhələsinə çıxa bilməyib
Böyük Britaniya COVID-keçid sistemini tətbiq edəcək
UEFA Çempionlar Liqası: "Atalanta"-"Vilyarreal" oyunu təxirə salınıb
Gürcüstan Azərbaycana ən çox ixrac olunan malları açıqlayıb
Polad Bülbüloğlu və Fransanın Rusiyadakı səfiri Soçi görüşünün nəticələrini müzakirə ediblər
SOCAR Gürcüstanda gələn il 3000-dən çox günəş paneli quraşdırmağı planlaşdırır
Avropada qazın qiyməti min kubmetr üçün 1200 dolları ötüb
ABŞ investorların işğaldan azad edilən ərazilərin bərpasında iştirakı barədə müzakirə aparılıb
Azərbaycan və İran arasında ticarət dövriyyəsinin artırılması istiqamətində addımlar atılacaq - Səfir
Misirdə Azərbaycan Mədəniyyət Nazirliyi tərəfindən sərgi təşkil olunub (FOTO)
Türkiyə qoyun və keçilərin sayına görə Avropada birinci yerə yüksəlib
bp yeni təşkilati struktur sayəsində Azərbaycanda məhsuldarlığı artırıb
Avropa birjalarında təbii qaz qiymətləri min kubmetr üçün 1 200 dollar həddini keçib
Dekabrın 9-na USD/AZN rəsmi məzənnəsi
Büdcə qaydasının yeni təkmilləşdirilmiş variantı təklif olunur - Nazir
Vergi Məcəlləsinə və “Gömrük tarifi haqqında” Qanuna edilən dəyişikliklər plenar iclasa tövsiyə olunub
Azərbaycanın Büdcə Məcəlləsi hazırlanır
Peşəkar Mühasib Sertifikatı üçün keçirilən imtahanın nəticələri elan olunub
Nizami Gəncəvinin 880 illiyinə həsr edilən tədbir keçirilib (FOTO/VİDEO)
Şamaxıda koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb (VİDEO)
Polisin evindən "Qəhrəman ana" medalını oğurlayanlar məhkəmə qarşısına çıxarıldı
Bakıda yeni vəkil bürosu açılıb (FOTO)
Mikayıl Cabbarov Azəbaycan Güləş Federasiyasının prezidenti seçilib
Tədavülə yeni 20 qəpik buraxılıb
Dünya şöhrətli polşalı alimə ADNSU-nun Fəxri doktoru adı verilib (FOTO)
Real-Trend həftəlik iqtisadi layihəsinin növbəti buraxılışı yayımlanıb (VİDEO)
“Azərbaycan Hava Yolları” BƏƏ turizm agentləri üçün təqdimat keçirib (FOTO)
20 manatlıq pul əsginası yenilənib (FOTO)
Hindistanın baş qərargah rəisi həyat yoldaşı ilə birgə helikopter qəzasında həlak olub
Vətəndaşlardan 10 ədəd ov tüfəngi götürülüb
MDU-da beynəlxalq elmi konfrans keçiriləcək
Baş Prokurorluğun əməkdaşı Bolqarıstanda səfərdə olub
İcbari tibbi sığorta üzrə xidmətlər zərfində bir sıra əməliyyatlar üçün limit nəzərdə tutulub
İcbari tibbi sığorta üzrə xidmətlər zərfinə 2 550 sayda tibbi xidmət daxildir - Agentlik
Bu gün dünyada 537 milyon insan şəkərli diabetdən əziyyət çəkir - Əhliman Əmiraslanov
Elektron Ədliyyə Köşkü pandemiya dövrünə qədər çox geniş istifadə edilirdi - İdarə rəisi
İl ərzində doğulan uşaqlara ən çox qoyulan adlar açıqlanıb
Kəlbəcərdə mövqelərimiz atəşə tutulub - MN
Yelo Bank-la pulunuz daha çox artsın
Azərbaycanda doğumu qeydə alınmamış uşaqlara daha çox rast gəlinən rayonlar AÇIQLANDI
Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlıları ilə taktiki-xüsusi təlim keçirilib (FOTO/VİDEO)
Azərbaycanda neçə şəkərli diabet xəstəsi var?
Qardaşını öldürməkdə təqsirləndirilən şəxsə bəraət verildi
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 1 210 nəfər COVID-19-a yoluxub, 15 nəfər ölüb
Azərbaycanda qeydiyyatdan keçən siyasi partiyaların sayı açıqlanıb
Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunda tunellərin inşasına başlanılıb (FOTO)
İlkin tanışlıq Ermənistanın verdiyi mina xəritələrinin qeyri-dəqiq olması təəssüratını yaradır - ANAMA rəhbəri
Təhsil naziri “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb (FOTO)
Türkiyə parlamentində dava: Deputatlar yumruqlaşdı (VİDEO)
Mobil Notarial tətbiqi ilk dəfə olaraq Azərbaycanda tətbiq edilir - İdarə rəisi
Azyaşlıların narkotik istifadəsinə səbəb valideyn nəzarətsizliyidir - Orxan Cəfərov
Oğuzda koronavirus xəstəsi mağazada saxlanıldı (VİDEO)
40-dan çox dövlət informasiya resursu Ədliyyə Nazirliyinin elektron rəqəmsal sistemlərinə inteqrasiya edib
"Yeni Klinika"nın sabiq direktoru məhkəmədən bəraət istədi
Azərbaycanın enerji sahəsindəki fəaliyyətləri alqışalayiqdir - İranlı nazir
Narkotik istifadəçiləri necə müəyyən edilir? - AÇIQLAMA
General-polkovnik Kərim Vəliyev Ali Hərbi Məktəbin şəxsi heyəti ilə görüşüb (FOTO/VİDEO)
Qeydiyyatda olan narkotik istifadəçilərinin sayı açıqlandı
Rusiya ilə Ukrayna arasında istənilən formatda vasitəçilik edə bilərik - Ərdoğan
Bakıda mənzildən 20 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb (FOTO/VİDEO)
Mərkəzi Bank açıq bankçılıq texnologiyalarının dəstəklənməsi üzrə müvafiq standartların hazırlanmasını növbəti ilə planlaşdırır
Bu ərazilərdə dekabrın pensiyaları ödənildi
İranda daha 90 nəfər koronavirusdan ölüb
Mərkəzi Bankı rəqəmsal ödəniş strategiyasının əsas istiqamətlərini açıqladı
Əsas hədəfimiz "Google" istifadəçilərinin ödəniş imkanlarını asanlaşdırmaqdır - Can Avunduk
Marketlərdə də “BakıKartın” balansını artırmaq mümkün olacaq
Şəmkirdə saxta əlilik arayışları verənlərlə bağlı cinayət işi məhkəməyə göndərilib
Mərkəzi Bank rəqəmsal valyuta ilə bağlı sənəd üzərində işləyir
Bakıda 5-ci mərtəbədən yıxılan şəxs sağ qalıb
Bütün xəbərlər