...

“Azərişıq” abonentləri bu xidmətlərdən onlayn yararlana bilərlər

Energetika Materials 18 Dekabr 2021 14:56 (UTC +04:00)
“Azərişıq” abonentləri bu xidmətlərdən onlayn yararlana bilərlər

Bakı. Fərid Zöhrabov - Trend:

“Azərişıq” ASC abonentlərin məmnunluq səviyyəsini artırmaq məqsədilə, xüsusilə də pandemiya dövründə insanların arasında təmasın azaldılması məqsədi ilə elektrik təchizatı şəbəkəsinə (ETŞ) qoşulma üzrə e-gov.az və azerishiq.az saytlarında elektron xidmətlər tədbiq edib.

ASC-dən Trend-ə verilən məlumata görə, noyabr ayında 436 olmaqla cari ilin 11 ayı ərzində 4004 abonent elektron qaydada şəbəkəyə qoşulma üzrə müraciət etmişdir.

“Azərişıq” ASC bu xidmətlərdən istifadə edərək yaşayış və ya iş yerini tərk etmədən, abonentlərin sağlamlığını düşünərək onları xidmətlərdən online yararlanmağa çağırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti