...

Səkkiz ayda qeyri-neft məhsulları arasında ən çox elektrik enerjisi ixrac olunub

Energetika Materials 30 Sentyabr 2023 02:03 (UTC +04:00)
Səkkiz ayda qeyri-neft məhsulları arasında ən çox elektrik enerjisi ixrac olunub
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda cari ilin yanvar-avqust aylarında ixrac edilən qeyri-neft məhsulları siyahısında elektrik enerjisi birinci olub.

Trend İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın sentyabr sayına istinadla bildirir ki, səkkiz ayda ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında elektrik enerjisi (315 milyon ABŞ dolları) birinci olub.

Bu siyahıda pomidor (tomat) (124,3 milyon ABŞ dolları) ikinci, pambıq mahlıcı (83,4 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti