...

Hesablama palatası Azərigaz-ın "Azərbaycan qaz sisteminin reabilitasiyası" layihəsinin auditi üzrə hesabatı müzakirə edib

Energetika Materials 16 Noyabr 2005 16:00 (UTC +04:00)

Hesablama palatasının iclasında auditor Adil Məhərrəmovun "Azərbaycanın qaz sisteminin reabilitasiyası" layihəsinin aparılmış birgə auditinə (cari təftiş) dair hesabat və rəyi müzakirə edilib. Hesablama palatasında Trend ə bildirilib ki, Dünya bankından Dövlətin zəmanəti ilə alınmış kreditlər hesabına Azərigaz SC-nin gerçəkləşdirdiyi layihənin auditi Maliyyə nazirliyi ilə birgə aparılıb.

Auditin keçirilməsində məqsəd Beynəlxalq inkişaf Assosiasiyasından (BİA - Dünya bankı qrupunun üzvü) cəlb edilmiş kredit vəsaitlərinin və Azərbaycan tərəfinin iştirak payının məqsədyönlü və təyinatı üzrə istifadəsinin müəyyən edilməsidir. Qeyd olunub ki, layihənin icrasına vaxtından gec başlanılıb, həm kredit, həm də yerli xərclər hesabına malların alınması və işlərin görülməsində qrafikdən geriləmələrə yol verilib, layihənin bir komponentinin tərkibinə və xərc kateqoriyalarına dəyişikliklər edilərək kreditin strukturunda izafi xərclər hissəsi artırılıb, sonradan layihənin icra vaxtı 6 ay uzadılıb, komponentlərin ayrı-ayrı hissələri yerinə yetirilməmiş və ya onların icrasında natamamlıqlar olmuş, alınmış avadanlıqların bir hissəsi istifadəsiz qalıb.Kreditdən xərclənməyən və qənaət edilmiş vəsaitlərin istifadəsi məqsədilə layihənin icra müddəti əlavə olaraq 18 ay uzadılıb. Nəticədə layihə Kredit sazişinə uyğun olan ilkin təsvirindən və texniki-iqtisadi əsaslandırmasından kənarlaşdırmalarla icra edilib.

Audit göstərib ki, hazırda layihə üzrə Kredit sazişi və Təkrar borc sazişinin şərtlərinə uyğun olaraq Azərigaz-ın DB və hökumət qarşısında faizlərin ödənişi üzrə vaxtı keçmiş borcları yoxdur, belə ki, SC dövlət büdcəsi qarşısında öz öhdəliklərini yerinə yetirib.

Göstərilən nöqsanlarla yanaşı sayğaclar, borular, analitik avadanlıqlar və digər əmlakın artıqlamasilə alınması, Azərigaz-ın aidiyyatı struktur bölmələrinə quraşdırma və istifadə üçün təqdim edilməsi, eləcə də görülmüş işlərin layihə çərçivəsində DB və Azərbaycan hökuməti ilə razılaşdırılması qənaətbəxş hesab edilə bilər.

Auditin yekunlarına əsasən hesabat hazırlanıb və müvafiq materialların Milli Məclisə təqdim edilməsi, eləcə də auditin nəticələri barədə Azərbaycan prezidentinə məlumat verilməsi ilə bağlı qərar qəbul edilib.

Azərigaz-da aparılan yoxlamalarla yanaşı Azərenerji-də də audit aparılıb. İkinci audit artıq başa çatıb. Həm Hesablama palatası, həm də AR maliyyə Nazirliyinə birgə yoxlamaların yekunlarına əsasən hesabat hazırlanması üçün təxminən bir ay tələb olunur. Auditorlar "Azərenerji" SC-nin "Yenikənd elektrik stansiyasının tikintisi" layihəsinin gerçəkləşdirilməsinə ayrılan vəsaitlərin məqsədyönlü istifadəsinin yoxlanılması üçün aparılır. Yoxlamalar aprelin 19-da qanuniləşdirilib və ilkin olaraq bunların aparılması bir ay ərzində planlaşdırılıb, sonra isə SC üzrə yoxlamaların müddəti dörd dəfə uzadılıb.

Cari ilin sonunadək Maliyyə nazirliyi və Hesablama palatasının birgə yoxlamalar aparması üzrə layihə çərçivəsində həmçinin "Azərsu" SC və meliorasiya və su təsərrüfatı Dövlət agentliyinin layihələrinin gerçəkləşdirilməsində vəsaitlərdən istifadə auditi keçirilə bilər.Yoxlama layihələrin gerçəkləşdirilməsi üçün dövlət zəmanəti ilə ayrılmış maliyyələşdirmədən səmərəli və məqsədyönlü istifadənin aşkar edilməsi üçün aparılacaq.

"Azərsu" SC-də Böyük Bakının su təchizatı sisteminin yenidən qurulması və meliorasiya və su təsərrüfatı Dövlət agentliyinin "Xanarx" kanalının I və II layihələrinin maliyyələşdirilməsi layihələri üzrə I və II tranş vəsaitlərin səmərəli istifadəsinin aşkar edilməsi üçün aparılacaq.

AR prezidentinin 4 fevral 2000-ci il tarixli fərmanı ilə təsdiq olunmuş "AR Maliyyə Nazirliyinin Əsasnaməsi"nə müvafiq olaraq Maliyyə nazirliyi tərəfindən 2005-ci ildə dövlət maliyyə nəzarətinin təmin edilməsi məqsədilə təftiş və yoxlamaların keçirilməsi nəzərdə tutulur. Amma HP-da bildirilib ki, bu ilin sonunadək və gələn il ərzində çətin ki, həmin tədbirləri həyata keçirmək mümkün olsun.

Cari ilin 8 aprelində açıqlanmış plana əsasən, respublikanın rayonları üzrə dövlət büdcəsinin yerli məxaric və mədaxili, eləcə də müvafiq rayon və şəhərlərin ərazisində yerləşmiş büdcə təşkilatlarında yerli və mərkəzləşdirilmiş xərclərdən ayrılan vəsaitlərin təftişini Bakı şəhəri İcra hakimiyyəti və ona tabe olan büdcə təşkilatları, Bakı şəhərinin Nəsimi, Binəqədi və Xətai rayonlarının, Abşeron, Laçın, Oğuz, Quba, Bərdə, İmişli, Biləsuvar, Ağdam, Ağcabədi, Qəbələ, Lənkəran rayonlarının icra hakimiyyətləri məruz qalacaq.

Dövlət büdcəsindən investisiya xərclərinə yönəldilmiş xərclərin təftişi Bakı şəhər İcra hakimiyyətində (təsərrüfat- məişət kanalizasiya xətlərinin çəkilməsi), nəqliyyat nazirliyi (Bakı-Qusar-Samur avtomobil yolunun çəkilməsi), təhsil nazirliyi (640- yerli məktəb - Əli-Bayramlı 1 saylı, 340-yerli orta məktəb Dəvəçi şəhər 2 saylı, Abşeron Su regional cəmiyyətində (Sumqayıt şəhərinin qəza şəraitində yerləşən kanalizasiya sisteminin əvəz edilməsi) aparılacaq.

Dövlət büdcəsindən mərkəzi icra hakimiyyəti orqanlarına yönəldilmiş xərclərin təftişi mədəniyyət, gənclər, idman və turizm, ekologiya və təbii sərvətlər, əmək və əhalinin sosial müdafiəsi nazirliklərində, habelə xaricdə yaşayan azərbaycanlılarla iş üzrə Dövlət komitəsi, Dövlət tikinti və memarlıq Komitəsində aparılacaq.

Dövlət ali təhsil müəssisələrinin fəaliyyətinin maliyyə-təsərrüfat təftişinə Azərbaycan kənd təsərrüfatı Akademiyası, Bakı Slavyan universiteti, Lənkəran Dövlət universiteti, Sumqayıt Dövlət universiteti məruz qalacaq.

Azərbaycanın xarici dövlətlərdə fəaliyyət göstərən diplomatik xidmət orqanları fəaliyyətinin maliyyə-təsərrüfat təftişinə Azərbaycanın NATO-da, AB-də, AŞ-də Belçika, Türkiyə, Çin səfirliklərində olan nümayəndəlikləri məruz qalacaq.

AR HP ilə birgə hazırlanmış və müvafiq formada təsdiq edilmiş işçi plana əsasən, AR prezidentinin "AR Qanununun tətbiq edilməsi haqqında", "2005-ci ildə AR dövlət büdcəsi haqqında" 29 dekabr 2004-cü il tarixli fərmanının tapşırıq və tövsiyələrinin icrası ilə bağlı dövlət zəmanəti ilə alınmış kreditlər hesabına 2005-ci ildə gerçəkləşdirilən layihələrin təftişi və monitorinqi üzrə "Azəriqaz" SC (qaz sisteminin reabilitasiyası), "Azərenerji" SC (Yenikənd elektrik stansiyasının tikintisi layihəsi), kənd təsərrüfatında özəl sektorun inkişafına dəstək göstərilməsi Agentliyi (özəl fermer təsərrüfatlarına texniki yardım göstərilməsi və k/t-nin inkişafı və kreditləşdirilməsi layihələri), ərazilərin bərpası və yenidən qurulması Agentliyi (işğaldan azad edilmiş ərazilərin bərpası və kənd rayonlarında inkişaf layihələri), "Azərsu" SC (Böyük Bakının su təchizatı sisteminin yenidən qurulması layihələri üzrə I və II tranşlar), meliorasiya və su təsərrüfatı Dövlət agentliyi ("Xanarx" kanalının I və II layihələri), məcburi köçkünlərin sosial inkişafı Fondu (işğal olunmuş ərazilərin bərpası layihəsi üzrə II tranş) kimi layihələrin icrası üzrə alınan kreditlərin xərclənməsinin auditi nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti