2006-cı ilin yanvar-iyun aylarında "Azneft" istehsalat birliyi 1 milyard 913 milyon 305 min kub metr qaz hasil edilib, bu isə ötən ilin analoji döründəkindən 1,3% çoxdur.
"Günəşli" yatağında işləyən "28 may" NQÇİ tərəfindən ən çox həcmdə qaz hasil edilib. ARDNŞ-in neft və qaz hasilatının əsas həcmi onun payına düşür. Bu yataqda yanvar-iyun aylarında 1 milyard 224 milyon 346 min kub metr qaz hasil olunub. Bu ötən ilin yanvar-iyun aylarından 4,8% çoxdur.
"Muradxanlı" yatağında ən az neft və qaz hasil olunub. Bu ilin yanvar-iyun aylarında bu yataqdan 300 min kub metr qaz hasil olunub və bu proqnoza və ötən ilin hasilat həcminə uyğun gəlir.
Ötən ildəkinə nisbətən qaz hasilatında ən çox gerilik "Balaxanıneft" NQÇİ-də müşahidə olunur. Burada 4731 min kub metr qaz hasil olunub, bu isə ötən ildəkindən 49,6% qaz azdır. Buna baxmayaraq, neft hasilatında ARDNŞ-in fəaliyyəti mövcud həcmlərin saxlanmasına yönəldilib, qaz hasilatında isə əksinə, Dövlət Neft Şirkəti artıma nail olmaq niyyətindədir. Bunu hazırda atmosferə atılan aşağı təzyiqli qazın yığılması hesabına, həm də yeni quyuların qazılması hesabına etmək nəzərdə tutulur.
2006-cı ilin yanvar-iyun aylarında "Azneft" istehsalat birliyi tərəfindən faktiki və planlı qaz hasilatı üzrə ümumi cədvəl aşağıdakı kimidir (min kub metr):
Neft-qaz çıxarma idarəsi (NQÇİ) |
Yanvar-iyun, fakt |
2005-ci ilin iyun ayı üçün % ayı üçün % |
28 May |
1224364 |
104,8 |
Neft Daşları |
25880 |
100,0 |
N.Nərimanov adına |
250300 |
102,0 |
Balaxanıneft |
4731 |
50,4 |
Qum Adası |
159811 |
91,3 |
Abşeronneft |
19410 |
95,9 |
Bibi-Heybətneft |
10880 |
100,6 |
Suraxanıneft |
4450 |
73,1 |
Ə.Əmirov adına |
21463 |
134,3 |
Bulla-dəniz |
178687 |
91,0 |
H.Z.Tağıyev adına |
4700 |
97,5 |
Siyəzənneft |
8329 |
91,7 |
Muradxanlı |
300 |
100,0 |
Azneft İB üzrə cəmi |
1913305 |
101,3 |