...

"Qazeksport" Azərbaycana qaz tədarükünü dayandırıb

Energetika Materials 25 İyul 2006 20:26 (UTC +04:00)

"Makat-Şimali Qafqaz" və "Mozdok-Qazıməmməd" magistral qaz boru kəmərlərində profilaktik və təmir işləri kompleksi "Qazeksport" ("Qazprom"un törəmə qurumu) tərəfindən Azərbaycana çatdırılan yanacağın dayandarılmasına gətirib çıxarıb. Bu barədə Trend ə ARDNŞ-dən bildiriblər.

Dağıstan ərazisində işlər "Kaspiyqazprom" tərəfindən həyata keçirilir. Azərbaycandan başqa, Dağıstanın bir sıra şəhər və rayonlarına da qaz tədarükü dayandırılıb.

Yanvar-iyun aylarında "Qazeksport" Azərbaycana 2 mlrd. 325,6 mln. kub. metr qaz tədarük edib (ötən ilin birinci yarısında - 2,6 mlrd. kub metr).

"2006-cı ilin iyununda şirkətin payına düşən tədarükün həcmi 325,6 mln. kub. metr qaz təşkil edib. Ötən ilin iyununda Azərbaycana 367,1 mln. kub metr qaz verilmişdir.

Cari ildə ARDNŞ "Qazeksport"dan 1 min kub metrə görə $110 qiymətilə təxminən 4,5 mlrd. kub. metr qaz alacaq.

Xəbər lenti

Xəbər lenti