...

Texniki səbəblər üzündən BP "Mərkəzi Azəri" yatağında neft hasilatını azaldıb

Energetika Materials 6 Dekabr 2006 16:35 (UTC +04:00)

"Azəri" yatağının mərkəzi hissəsində qurulmuş platformada elektrik enerjisi istehsalı ilə bağlı texniki işlər aparılması səbəbindən bu meydançada neft hasilatının həcmi azalıb. Bu barədə Trend ə "BP Azerbaijan"-dan "Azəri"-"Çıraq"-"Günəşli" (AÇG) yatağının genişmiqyaslı hazırlanması layihəsinin operatoru məlumat verib.

Şirkətdən bildiriblər ki, neft hasilatının aşağı düşməsi müvəqqəti xarakter daşıyır və yaxın vaxtlarda həcm bərpa olunacaq: "AÇG-də neft hasilatının həcmi yatağın digər hissələrindəki hasilatın hessabına dəyişməz olaraq qalır".

"Azəri" yatağının mərkəzi hissəsində hasilat (azalana qədər) 263 min barrel, qərb hissəsində - təxminən 150 min barrel, şərq hissəsində - təxminən 70 min barrel, "Çıraq" yatağında - 138 min barrel təşkil edib.

Xəbər lenti

Xəbər lenti