...

Nazir: "Azərbaycan beynəlxalq standartlara keçid proqramını hazırlamalıdır"

Energetika Materials 1 Mart 2007 21:04 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend S.Əliyev/ Çərşənbə axşamı Beynəlxalq Standartlaşdırma Təşkilatının (İSO) baş katibi Alan Brayderlə görüşündə sənaye və energetika naziri Natiq Əliyev Azərbaycanda beynəlxalq standartlara keçid üçün proqramın qəbul olunmasına ehtiyac olduğunu bildirib. Bu fikir həmçinin İSO rəhbərliyi tərəfindən də dəstəklənib.

Görüş çərçivəsində Azərbaycanda beynəlxalq standartlara keçid, və əməkdaşlığın genişləndirilməsi üçün perspektivlər müzakirə edilib. Alan Brayderi isə əsas etibarı ilə energetika, neft-qaz sahəsindəki vəziyət maraqlandırıb.

N.Əliyev: "Azərbaycan 1993-cü ildən xarici şirkətlərlə əməkdaşlıq edir və o vaxtdan estibarən bizdə beynəlxalq standartların tətbiqinə başlanılıb. Azərbaycan standartlaşdırma sahəsində dünya təcrübəsini öyrənməkdə davam edir".

Qeyd edək ki, hazırda 100-dən artıq İSO standartı mövcuddur.

Xəbər lenti

Xəbər lenti