...

KfW "Azərbaycan İES-İmişli" EÖX-nin tikintisi üçün 30 mln. avro kredit ayıracaq

Energetika Materials 9 Mart 2007 20:52 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Əliyev/ Bu il KfW Alman bankı 195 km. uzunluğunda olan "Azərbaycan İES-İmişli" EÖX-nin tikintisi üçün 12 il müddətinə 30 mln. avro məbləğində kredit ayıracaq. Bu barədə məlumatı "Azərenerji" ASC-dən veriblər. Bank həmçinin Mingəçevir və Əli Bayramlı İES-i Bakı ilə birləşdirəcək EÖX-nin də çəkilişində iştirak etmək niyyətindədədir. Bunlar 50 il aşınma dövrünü başa vurublar.

Eyni zamanda KfW-nin vəsaiti hesabına Goranboyda yeni yarımstansiyanın tikintisi, İmişlidə olan yarımstansiyanın yenidən bərpası nəzərdə tutulub. Bərpa olunan enerji mənbələri layihəsi çərçivəsində kiçik SES və hava stansiyalarının maliyyələşdirələcəyi də gözlənilir.

Xəbər lenti

Xəbər lenti