...

Batumi terminalından boşalıb-yüklənmə həcmi xeyli azalıb

Energetika Materials 4 Avqust 2007 14:49 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / 2007-ci ilin iyulunda Batumi neft terminalından 845,3 min ton neft və neft məhsulları boşalıb-yüklənib. Müqayisə üçün bildirək ki, ötən ilin iyulunda müvafiq göstərici 1,067 mln. tona bərabər idi. İyunda neftin boşalıb-yüklənməsi 860,4 min ton təşkil etdi.

Ötən il sözügedən terminaldan ümumən 9,7 mln. ton neft boşalıb-yüklənib.

Batumi terminalı ildə 15 mln. ton neftədək ötürə bilər. Terminal dedveyti 30-90 min ton olan tankerlərə xidmət köstərmək imkanına malikdir. Buraya Aframax tipli gəmilər üçün çıxış üzgəci də daxildir. Hazırda terminalın rezervuar parkının gücü təxminən 530 min tona bərabərdir. Bu, dəhlizdən keçən cari və proqnozlaşdırılan həcmlərin öütürülməsi üçün kifayət qədər yetərli göstəricidir.

Xəbər lenti

Xəbər lenti