Kapital Bank-ın İdarə Heyətinin sədri Rövşən Allahverdiyev: Hər zaman əmin idik ki, Şuşa, Laçın, Qubadlı, Ağdam, Füzuli və Cəbrayıl filiallarımız Qarabağa qayıdacaq

Kapital Bank-ın İdarə Heyətinin sədri Rövşən Allahverdiyev: Hər zaman əmin idik ki, Şuşa, Laçın, Qubadlı, Ağdam, Füzuli və Cəbrayıl filiallarımız Qarabağa qayıdacaq

Bakı. Trend:

2020-ci ilin sentyabr ayının 27-dən sonrakı 44 gün hər bir azərbaycanlının həyatında mühüm, 30 ildir gözlədiyi, heç zaman unudulmayacaq bir günlərə çevrildi. 8 noyabr tarixində isə qədim Şuşa şəhərimiz düşmən tapdağından azad olundu və həmin gün şanlı tariximizin səhifələrinə qızıl hərflərlə Zəfər Günü kimi yazıldı. Müharibə bitsə də, yaxın gələcəkdə bizi çox böyük işlər gözləyir. Düşmən tərəfindən darmadağın edilmiş rayonlarımızı yenidən qurub, dirçəltməliyik. Təbii ki, infrastruktur layihələri sırasında banklar da mühüm yer tutur. Buna görə də ölkənin birinci bankı olan Kapital Bank-ın İdarə Heyətinin sədri, cənab Rövşən Allahverdiyevlə onların görəcəyi işlər barədə danışdıq.

- Rövşən müəllim, 2020-ci il asan il hesab olunmasa da, ilin sonu müzəffər ordumuzun möhtəşəm qələbəsi ilə yekunlaşdı. Hamı bilir ki, Kapital Bank ölkə bankları arasında ən böyük filial şəbəkəsinə malik maliyyə qurumudur. Bəs işğaldan azad olunan rayonlarda, şəhərlərdə yeni filiallarınız fəaliyyət göstərəcəkmi?

- Həqiqətən də 2020-ci il nəinki Azərbaycanda, bütün dünyada çox çətin keçdi. Mart ayından başlayaraq ölkədə pandemiya şəraiti başladı, xüsusi karantin rejimi elan olundu. Təbii ki, müəyyən çətinliklər oldu. Lakin birlik olan yerdə hər bir çətinliyin sonunda qələbələr, nailiyyətlər olur. 2020-ci ili də məhz belə illərdən hesab etmək olar.

27 sentyabr 2020-ci il tarixindən başlayaraq Silahlı Qüvvələrimiz erməni işğalçıları tərəfindən zəbt edilmiş torpaqlarımızda uğurlu əks-hücum əməliyyatları həyata keçirərək, demək olar ki, hər gün bizi qələbə müjdələri ilə sevindirirdilər. 44 gün davam edən Vətən müharibəsi ərzində müzəffər ordumuz Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa şəhərlərini, eləcə də bir sıra digər yaşayış məntəqələrimizi hərbi cəsarət hesabına düşmən tapdağından azad etdi.

Ordumuzun göstərdiyi şücaət sayəsində mənfur düşmən geri çəkilərək, sülh kapitulyasiyası aktını imzaladı və 30 ilə yaxındır ki, həsrətində olduğumuz torpaqlarımız azad olundu. Məhz bu qələbəni qazanmaq üçün hamı bir nəfər kimi Ali Baş Komandanın ətrafında yumruq kimi birləşdi və lazım olan nəticəni əldə etdik. İlk növbədə bütün oxucuları, xalqımızı bu qələbə münasibətilə ürəkdən təbrik edirəm. Hamınızın gözü aydın olsun! İndi biz bütöv, işğaldan azad olunmuş, müstəqil bir ölkənin vətəndaşlarıyıq. Bu, olduqca qürurverici və gözəl hissdir.

O ki qaldı sualınızın ikinci hissəsinə, həqiqətən də Kapital Bank ölkə üzrə ən geniş filial şəbəkəsinə malik bankdır. Biz 121 filial və şöbələrimizdə müştərilərimizə keyfiyyətli xidmət göstəririk. Bizim elə filiallarımız var ki, işğal altında olan rayonlarımızın adını daşıyır. Lakin əfsuslar olsun ki, bu filiallar həmin rayonlarda deyil, məcburi köçkünlərin yerləşdiyi qəsəbələrdə, şəhərlərdə fəaliyyət göstərirdi. Misal olaraq bizim Qubadlı filialı 2000-ci ildən Sumqayıtda, Şuşa filialımız da həmin ildən Bakının 8-ci mikrorayonunda fəaliyyət göstərir. Biz mütləq həmin filialları adlarını daşıdıqları rayonlara, şəhərlərə köçürəcəyik və başqa yeni filiallar da açacağıq.

- Bununla bağlı hazırda hansı işlər görülür?

- Bildiyiniz kimi, «Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında» Azərbaycan Respublikası Prezidenti, cənab İlham Əliyevin 2020-ci il 29 oktyabr tarixli Fərmanına əsasən hazırda bu ərazilərdə infrastrukturun tam bərpası istiqamətində işlər həyata keçirilməyə başlanıb. Demək olar ki, bütün dövlət qurumları işğaldan azad olunan rayonlarda, şəhərlərdə və qəsəbələrdə yeni layihələrin tətbiq ediləcəyini bildirir. Hər zaman əmin idik ki, Şuşa, Laçın, Qubadlı, Ağdam, Füzuli və Cəbrayıl filiallarımız Qarabağa qayıdacaq. Təbii ki, biz də mümkün qədər qısa zaman ərzində bu filialları adlarını daşıdıqları rayonlara köçürəcəyik. Bundan başqa Qarabağ ətrafı Kəlbəcər və Zəngilan rayonlarında, həmçinin Qarabağda olan digər əhəmiyyətli şəhər və qəsəbələrdə də yeni filialların açılması planlaşdırılır. Bununla bağlı bankın baş ofisində artıq hazırlıq işlərinə başlanılıb və dövlət orqanları tərəfindən müvafiq yerlərdə şərait yaradılan kimi filialların açılışı planlı şəkildə həyata keçiriləcək.

Ermənistanın təcavüzkar siyasəti nəticəsində torpaqlarından didərgin salınmış vətəndaşlarımız öz doğma yurdlarına geri döndükdən sonra bank ehtiyaclarını qarşılamaq üçün Kapital Bank-ın filiallarında bankın məhsul və xidmətlərindən yararlana biləcəklər. Yeni açılacaq filiallarda müştərilərə yüksək səviyyədə xidmət göstərmək üçün bütün zəruri şərait və imkanlar yaradılacaq.

- Kapital Bank, həmçinin bir sıra dövlət əhəmiyyətli sosial layihələrdə tərəfdaş qismində çıxış edir. Bunun üçün filial şəbəkəsi ilə yanaşı geniş bankomat şəbəkəsinin də mövcudluğu əsas amil hesab olunur. İşğaldan azad olunan rayonlarda bankomat şəbəkənizi də inkişaf etdirəcəksinizmi?

- Biz artıq bu istiqamətdə bir sıra mühüm işlər həyata keçirməyə başlamışıq. Bildiyiniz kimi, işğaldan azad olunan torpaqlara mülki əhalidən əvvəl hərbçilər, sərhədçilər, polislər və digər güc strukturlarının əməkdaşları ezam olunur. Qeyd etdiyim strukturların əməkdaşları məvaciblərini Kapital Bank kartları vasitəsilə alırlar. Bu səbəbdən də biz filiallardan əvvəl həmin ərazilərdə bankomatlar quraşdırıracağıq. Bununla yanaşı gələcəkdə Kapital Bank-ın yeni ödəniş terminallarını da ölkənin bütün regionlarında olduğu kimi, işğaldan azad olunan ərazilərdə də quraşdırılacaq. Ali Baş Komandan demişkən, bizi növbəti illərdə çoxlu yenidənqurma və bərpa işləri gözləyir. Düşmən barbarlığı nəticəsində viran qoyulmuş rayonlarımızı, şəhərlərimizi, kəndlərimizi və qəsəbələrimizi yenidən qurmalıyıq, dirçəltməliyik. Biz də Kapital Bank olaraq bu işlərə öz töhfəmizi verməyə hazırıq.

Sonda bütün Azərbaycan xalqını, milyonlarla müştərilərimizi uğurla yekunlaşdırdığımız 2020-ci ilin bitməsi və bizə böyük vədlər verən 2021-ci ilin gəlişi münasibətilə təbrik edirəm, bütün işlərdə uğurlar arzulayıram.

İranda koronavirusdan gündəlik ölüm sayı artıb
İranda koronavirusdan gündəlik ölüm sayı artıb
Ermənistan prezidenti və baş qərargah rəisi Paşinyanın iclasına qatılmadı
Ermənistan prezidenti və baş qərargah rəisi Paşinyanın iclasına qatılmadı
Estoniyada pandemiyaya görə yeni məhdudiyyətlər tətbiq olunub
Estoniyada pandemiyaya görə yeni məhdudiyyətlər tətbiq olunub
Loading Bars
Xəbər lenti
Minaatan batareyaları döyüş atışlı təlim məşqlərinin növbəti mərhələsini icra edib (VİDEO)
“Bazarstore”da pozuntular aşkarlanıb
Unibank daha çevik idaretmə modelinə keçib
Bakı-Quba yolunda ağır qəza - Ölən var (FOTO)
Xocalı soyqırımı ilə Sumqayıt hadisələrinin ermənilər tərəfindən eyniləşdirilməsi absurddur - Deputat
QHT-lərə Dövlət dəstəyi Şurasında yoxlamalar yekunlaşıb
İranda koronavirusdan gündəlik ölüm sayı artıb
Yelo Bankdan biznes sahiblərinə Novruz kampaniyası
Bakıda iki yük avtomobili toqquşdu - Sürücü sıxılaraq maşında qaldı
Sumqayıt Texnologiyalar Parkı kadr hazırlığı məqsədilə növbəti “STP Təcrübə Proqramı - 2021”layihəsinə başlayır!
Sumqayıt hadisələrinin əsas motivi "Böyük Ermənistan" yaratmaq idi - Tarixçi alim
STAR neft emalı zavodu xam neft idxalını artırıb
Dünya Azərbaycanı qalib ölkə olaraq qəbul etməyə məcburdur - Səttar Möhbalıyev
Xocalı soyqırımı XX əsrin faciəsidir - Monteneqro və Bosniya mediası (FOTO)
Ukrayna telekanalı Prezident İlham Əliyevin mətbuat konfransı və azad olunan ərazilər barədə reportaj hazırlayıb (FOTO)
Şirkət rəhbərinin cinayət işi məhkəməyə göndərildi
Yaz ağac əkininə Zəngilandan start verilir
Soyqırım günahkarları mühakimə edilənə qədər xocalıların yaraları sağalmaz - Estoniyalı yazıçı
Paşinyan geri addım atdı - "İskəndər"lə bağlı səhv məlumatlandırılmışam
İlahiyyat İnstitutunun tələbələri “İntihar problemi və onunla mübarizə yolları” mövzusunda vebinarda iştirak ediblər (FOTO)
Prezidentin mətbuat konfransı Azərbaycanın informasiya müharibəsində növbəti qələbəsi idi - Deputat
Yerevanda bir qrup etirazçı hökumət binasına daxil oldu (VİDEO)
SWAP layihəsi çərçivəsində birinci kəşfiyyat quyusunun qazılması üçün bütün icazələr alınıb - BP
Azərbaycan region ölkələrinə sülh mesajını verdi - Səfir
Respublika Veteranlar Təşkilatında bir qrup müharibə iştirakçısı ilə görüş keçirilib (FOTO)
Ankarada Azərbaycan-Türkiyə Mədəniyyət üzrə Birgə Komissiyanın iclası keçirilib (FOTO)
İran səfirliyi KİV-də yayılan məlumatı təkzib edib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Suraxanı” tanker-muzeyinin açılışında iştirak ediblər (FOTO/VİDEO)
Prezident İlham Əliyev “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin yeni inzibati binasının açılışında iştirak edib (FOTO/VİDEO)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Ro-Pax” tipli “Akademik Zərifə Əliyeva” gəmi-bərəsinin suya salınması və eyni təyinatlı “Azərbaycan” gəmi-bərəsinin istismara verilməsi mərasimlərində iştirak ediblər (FOTO/VİDEO)
Sabah rayonlara qar yağacaq
“AccessBank” tender elan edir
Ermənistan prezidenti və baş qərargah rəisi Paşinyanın iclasına qatılmadı
Gürcü tarixçi: Allah işğalçı erməniləri cəzalandırdı - Trend TV
BTQ ilə Türkiyədən Çinə üçüncü ixrac qatarı yola salınıb
Qarabağdakı işğalın izləri silinir - "Yeni Şafak"
Daha bir Peşə Təhsil Mərkəzi publik hüquqi şəxs statusu alıb
Dövlət başçısı mətbuat konfransında regionun gələcəyi üçün mühüm mesajlar verdi - Deputat
Vaksinasiya xaricə getmək istəyənlər üçün də mühüm məsələyə çevrilib - Mütəxəssis
KOBİA sahibkarlıq subyektlərinin maliyyə bazarına çıxışını genişləndirib
Azərbaycan İran üçün çox önəmli ölkədir - Nazir müavini
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Şəhid ailələri və qazilərə qayğı dövlətin prioritet vəzifəsidir - Deputat
Sabunçuda silahlı narkotik alverçisi yaxalanıb (FOTO/VİDEO)
Yaxın günlərdə Yevlaxda KOB Evinin açılması planlaşdırılır
Qubadlıda postlar qurulub, təhlükəsizliyə nəzarət edilir - DİN (FOTO)
Azad olunmuş ərazilərə keçməyə cəhd göstərən daha 4 nəfər saxlanılıb
İlin əvvəlindən Ceyhan terminalından 33 milyon bareldən çox AÇG nefti yola salınıb
Ağdaşda qardaşını öldürən qadının məhkəməsi başlayır
Ötən il KOBİA-nın təşəbbüsü ilə iki normativ-hüquqi akt təsdiq edilib
Baş infeksionist əhaliyə müraciət edib
AZƏRTAC-ın 101 yaşı tamam olur
Xocavənddə Ermənistan ordusunun atıb qaçdığı silah-sursat aşkarlandı
Azərbaycan diplomatiyasının növbəti qələbəsi
Avtomobillərini texniki baxışdan keçirməyən sürücülər cərimə ediləcək - DİN (FOTO/VİDEO)
Floridada "Xocalıya ədalət" tələbi ilə aksiyalar keçirilib (FOTO)
Estoniyada pandemiyaya görə yeni məhdudiyyətlər tətbiq olunub
“Rus ədəbiyyatı tarixi”nin birinci cildi işıq üzü görüb
"YAŞAT" Fondu daha 10 qazini Türkiyəyə müalicəyə göndərdi (FOTO)
Bakıda 20-dən artıq şəxsin pulunu bankomatdan oğurlayan şəxs yaxalandı (FOTO/VİDEO)
III, VI və VII sinif şagirdləri üçün milli qiymətləndirmə keçiriləcək
Şəhid ailələri və müharibə əlilləri üçün mənzil proqramı 5 dəfəyə yaxın genişlənəcək
Bank Respublika real sektora kreditləri 5% endirimlə təqdim edəcək
Azərbaycan ABŞ ilə əlaqələrin daha da genişlənəcəyini gözləyir - Sevil Mikayılova
Bugünə kimi 1000-dən çox şəxsə vaksin vurulub - Baş həkimin müavini
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb
Mədəniyyət naziri Türkiyədə səfərdədir (FOTO)
Sosial sahə üzrə builki prioritet istiqamətlər açıqlanıb
Vətən Müharibəsində orqanlarını itirən hərbçilərin hamısı bu il protezlərlə təmin olunacaq - Sahil Babayev
Prezident İlham Əliyev mətbuat konfransında təmkinlə ölkəmizin səmimi niyyətini açıqladı - Deputat
QHT-lərə Dövlət Dəstəyi Şurasında yoxlamalar aparılır - RƏSMİ
Azərbaycan daha gözəl gələcək qurmağa sadiqdir - Nazir
İstirahət günləri cinayət törədən 74 nəfər saxlanılıb
Ağdam rayonunun Güllücə kəndi (FOTO/VİDEO)
Bələdiyyə sədri qəbiristanlığa görə cərimələnib
Bu il Bakı, Sumqayıt və Abşerondakı bütün şəhid ailələri və müharibə əlilləri mənzillə təmin ediləcək - Nazir
Kapital Bank-ın dəstəyi ilə daha bir “YAŞA” mərkəzi fəaliyyətə başlayıb
Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin sayı daha da artır - Deputat
5 il ərzində şəhid ailələri və müharibə əlillərinə 11 min mənzil veriləcək - Nazir
Cəlilabadda narkotik alan şəxsin evindən silah-sursat aşkarlandı (FOTO)
Tramp Baydeni ABŞ-ı müharibələrə cəlb etməkdə ittiham edib
Əfv Məsələləri Komissiyasının növbəti iclasının vaxtı məlum olub
Bu gün xarici valyutaların manata qarşı məzənnələri
Hindistanın baş naziri koronavirusa qarşı peyvənd olundu
Mingəçevirdə evdən kişi meyiti aşkarlanıb
Bakı-Sumqayıt yolunda tıxac yaranıb (FOTO/VİDEO)
Filippində koronavirusa qarşı vaksinasiya başlayıb
Braziliyada ötən sutka koronavirusdan 755 nəfər ölüb
Misir mətbuatı Prezident İlham Əliyevin keçirdiyi mətbuat konfransını geniş işıqlandırıb
Amsterdamda etiraz aksiyası keçirilib, bir neçə nəfər saxlanılıb
İsraildə koronavirusa yoluxanların sayı 775 min nəfərə çatır
“Mançester Yunayted” - “Çelsi” oyunu qolsuz başa çatıb
Fransada koronavirusa yoluxanların sayı 3,75 milyon nəfəri ötüb
Tramp yenidən prezidentliyə namizəd olacağını istisna etməyib
Gürcüstana uçan Azərbaycan vətəndaşları artıq karantindən keçməyəcəklər
Şirvanda minik avtomobili yanıb
Türkiyədə son sutkada koronavirusdan 6 511 nəfər sağalıb
Xocalıya qədər azərbaycanlılar elə düşünürdülər ki, bizimlə zarafat eləmək olar - Serj Sarkisyan
İspandilli KİV-lər Prezident İlham Əliyevin mətbuat konfransını geniş işıqlandırdı (FOTO)
ÜST: Dünyada ötən sutka koronavirusa 384 mindən çox yoluxma qeydə alınıb
Bütün xəbərlər