...

Azərbaycanda nəqliyyat və rabitə sahəsində işləyənlərin sayı xeyli artıb

Telekommunikasiya Materials 14 Fevral 2008 19:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 fevral / Trend / 2007-ci ildə Azərbaycanın nəqliyyat müəssisələrinə işə götürülənlərin sayı 1326 nəfər artıb (67752 nəfərədək), - Dövlət Statistika Komitəsi bilidirir.

İşçilərin ümumi sayından təxminən 85 faizi dövlət müəssisələrinin, 15 faizdən çoxu isə - özəl sektorun payına düşür. İşçilərin orta aylıq əmək haqqı 33,5 faiz artaraq, 234,7 manat təşkil edib.

Azərbaycanda rabitə sahəsində işləyənlərin sayı 5,1 faiz artıb (21917 nəfərədək), orta aylıq əmək haqqı 34,1 faiz artaraq, 295,9 manat təşkil edib. Özəl rabitə müəssisəsi işçilərinin əmək haqqı dövlət sektoruna nisbətən 4,6 dəfə artıb.

Xəbər lenti

Xəbər lenti