...

Azərbaycanda İnternetdən istifadə səviyyəsi 18 faizdir - Internet World Stats

Telekommunikasiya Materials 1 Dekabr 2009 13:33 (UTC +04:00)

Azərbaycan , Bakı, 1 dekabr / Trend , müxbir H. Vəliyev/

İnternetdən istifadə beynəlxalq statistika təşkilatının (Internet World Stats - Usage and population statistics) hesabatına görə, Azərbaycanda internet-istifadəçilərinin sayı 1,4 miyon nəfərdən artıq təşkil edir.

Ümumdünya şəbəkə istifadəçilərinin sayında Azərbaycan Gürcüstan, Ermənistan, Qırğızıstan, Tacikistan və Türkmənistanı qabaqlayır.

Internet World Stats (2008-ci ildə) əvvəlki hesabatında Azərbaycanda internet-istifadəçilərinin sayı 1 milyon nəfərdən bir qədər çox göstərilib.

Hesabata əsasən, Asiya ölkələri dünya internet istifadəçilərinin 42,2 faizini təşkil edir.

Aşağıda göstərilən cədvəldə qitənin bəzi ölkələrinin göstəriciləri təqdim olunub:

Asiya

Əhali
(təxminən 2009-cu il)

İntenet-istifadəçiləri
(2000-ci il)

İnternet-istifadəçiləri (son məlumatlar)

İstifadəçilərin əhaliyə üzrə faizi

İstifadəçilərin artımı (2000-2009-cu illərdə faizlə)

Asiya üzrə istifadəçilərin faizi

Azərbaycan

8,238,672

12,000

1,485,100

18.0

12,275.8

0.2

Ermənistan

2,967,004

30,000

191,000

6.4

536.7

0.0

Gürcüstan

4,615,807

20,000

1,024,000

22.2

5,020.0

0.1

Qazaxıstan

15,399,437

70,000

2,300,000

14.9

3,185.7

0.3

Qırğızıstan

5,431,747

51,600

850,000

15.6

1,547.3

0.1

Tacikistan

7,349,145

2,000

600,000

8.2

29,900.0

0.1

Türkmənistan

4,884,887

2,000

75,000

1.5

3,650.0

0.0

Özbəkistan

27,606,007

7,500

2,469,000

8.9

32,820.0

0.3

Yalnız Asiya üzrə

3,808,070,503

114,304,000

738,257,230

19.4

545.9

100


Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti