...

Naxçıvan MR-də ATS-lərin kabel infrastrukturu optik xəttə keçirilir

Telekommunikasiya Materials 10 May 2012 17:09 (UTC +04:00)
Naxçıvan Muxtar Respublikasının (NMR) ümumi telefon şəbəkəsi ATS-lərinin şəbəkələrarası kabel infrastrukturu optik-lif rabitə xəttinə keçirilir.
Naxçıvan MR-də ATS-lərin kabel infrastrukturu optik xəttə keçirilir

Azərbaycan, Bakı, 10 may /Trend, müxbir H.Vəliyev/

Naxçıvan Muxtar Respublikasının (NMR) ümumi telefon şəbəkəsi ATS-lərinin şəbəkələrarası kabel infrastrukturu optik-lif rabitə xəttinə keçirilir. Bu barədə cümə axşamı Trend-ə NMR Rabitə və İnformasiya Texnologiyaları Nazairliyindən məlumat verilib.

Hazırda ATS-lərin birləşdirici xətlərinin (95 ədəd) 83 faizi optik xəttə keçirilib. Muxtar Respublika ərazisində fəaliyyət göstərən ATS-lərin ümumi sayı 115 ədəddir.

Bu sahədə işlər ilk növbədə istifadəçilərə göstərilən internet xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılmasına yönəlib.

Optik xəttə keçid və NGN şəbəkəsini dəstəkləyən avadanlıqların quraşdırılması ATS ilə son istifadəçi arasında məsafəni azaldır ki, bu da operatorun göstərdiyi internet xidmətlərinin keyfiyyətini xeyli artırmağa kömək edir.

Hazırda MR-də hər 100 ailəyə 65 stasionar telefon düşür, MR üzrə mobil rabitənin nüfuz səviyyəsi 90 faizə çatır.

NMR-də daxil olan məlumatların ötürülmə sürəti 512 Mbit/saniyə təşkil edir.

Xəbər lenti

Xəbər lenti