...

"Windows 8.1" 2013-cü ilin ən yaxşı əməliyyat sistemi seçilib

Telekommunikasiya Materials 25 Fevral 2014 18:35 (UTC +04:00)
"Hi-Tech Mail.ru"nun oxucularının səsverməsi nəticəsində "İlin ən yaxşı qadceti" mükafatı çərçivəsində "Windows 8.1" 2013-cü ilin ən yaxşı əməliyyat sistemi seçilib.
"Windows 8.1" 2013-cü ilin ən yaxşı əməliyyat sistemi seçilib

Azərbaycan, Bakı, 25 fevral /Trend/

"Hi-Tech Mail.ru"nun oxucularının səsverməsi nəticəsində "İlin ən yaxşı qadceti" mükafatı çərçivəsində "Windows 8.1" 2013-cü ilin ən yaxşı əməliyyat sistemi seçilib.

"Microsoft Azerbaijan" şirkətindən Trend-ə verilən məlumata görə, əlavələr mükafatı nominantları sırasında "Hi-Tech Mail.ru" internet birliyi "Windows 8.1" ən yaxşı əməliyyat sistemi elan edib. "Windows 8.1" ƏS mobil qurğular üçün yaradılıb və müasir softun, servisin və avadanlığın təklif etdiyi ən yaxşı şeyləri özündə birləşdirir.

"Windows 8.1" - personal kompüter və planşetlərə uyğun, bir sıra funksiya və imkanlara malik olan ultramüasir əməliyyat sistemidir. "Windows 8.1" ƏS əvvəlcədən "Windows 8"ə qoyulmuş konsepsiyanın məntiqi davamıdır. Bu sistemdə əlavələr və xidmətlər birgə işləyir və əyləncə və iş üçün nəzərdə tutlmuş çevik və aydın mühiti təklif edir. Bundan başqa, "Windows 8.1"də biznes məlumatların uzaqdan silinməsi, biometriyanın yoxlanılmasının təkmilləşdirilmiş dəstəyi, qurğunun bloka salınması və ümumi şifrələnməsi, yaxşılaşdırılmış "Internet Explorer" brauzeri, zərərli proqram təminatından müdafiə və bu kimi təhlükəsizlik alətləri yer alıb.

Qeyd edək ki, "Hi-Tech Mail.ru" artıcıl olaraq 4 il "İlin ən yaxşı qadceti" mükafatını təşkil edir. Ötən il ərizndə buraxılan qurğulardan portalın redaksiyası ən çox görünən yenilikləri seçib və istifadəçilər arasında səsvermə keçirib. "Hi-Tech Mail.ru" tərəfindən təşkil olunmuş səsvermədə 400 mindən artıq insan iştirak edib. İştirakçılar 10 kateqoriya üzrə səs verib - smartfonlar, kompüterlər, planşetlər, ilin dizaynı, məiçət texnikası, audio, əlavələr və eyni zamanda mobil rabitə operatorlarının daxil olduğu "Sair" kateqoriyası. Hər bir seçici hər kateqoriya üzrə yalnız bir dəfə səs verə bilərdi.

"Microsoft" haqqında:

1975-ci ildə təsis edilmiş "Microsoft" korporasiyası proqram təminatı istehsalında dünya lideridir. "Microsoft" korporasiyası geniş çeşidli proqram məhsulları hazırlayır və istehsal edir. Onların arasında stolüstü və şəbəkə əməliyyat sistemləri, müştəri-server mühitləri üçün server tətbiqləri, istifadəçilər üçün stolüstü biznes-tətbiqlər və ofis tətbiqləri, interaktiv proqram və oyunlar, internet şəbəkəsində işləmək üçün vasitələr və hazırlama alətləri. "Microsoft" korporasiyasının məhsulları 80-dən artıq ölkədə satılır, Azərbaycan dili daxil olmaqla 45-dən çox dilə tərcümə edilib və fərdi kompüter platformalarının əksəriyyəti ilə uyğundur.

2005-ci ildən Azərbaycanda fəaliyyət göstərən "Microsoft Azerbaijan" şirkətinin başlıca vəzifəsi - elektron idarəetmə, biznes inzibatçılıq və təhsil sistemi üçün yeni məhsulların tətbiq etməklə Azərbaycanın inkişafına töhfə verməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti