...

Azərbaycan genişzolaqlı rabitə xidmətlərini genişləndirir

Telekommunikasiya Materials 1 Fevral 2015 12:30 (UTC +04:00)
"Aztelekom" İstehsalat Birliyi (İB) 10 regional telekommunikasiya qovşağının infrastrukturunun genişləndirilməsi üçün NGN avadanlığı alır.
Azərbaycan genişzolaqlı rabitə xidmətlərini genişləndirir

Azərbaycan, Bakı, 1 fevral /Trend, müxbir Hüseyn Vəliyev/

"Aztelekom" İstehsalat Birliyi (İB) 10 regional telekommunikasiya qovşağının infrastrukturunun genişləndirilməsi üçün NGN avadanlığı alır. Bunu Trend-ə Birlikdən deyiblər.

Telekommunikasiya avadanlığının tədarükçüsü qismində Çinin "Huawei Technologies" və Sloveniyanın "Iskratel" şirkətləri çıxış edir.

Tikinti-montaj işlərini ilin sonunadək başa çatdırmaq planlaşdırılır. Avadanlığın quraşdırılması dövlət operatoruna telekommunikasiya qovşaqlarının nömrə tutumunu 45 min ədəd artırmağa imkan verəcək. Bundan başqa, respublikanın 47 şəhər və rayonunda genişzolaqlı internetin portlarının sayı 100 min ədəd artacaq.

Həmçinin, 63 kilometr uzunluğunda kabel-kanalizasiya qurğularının tikintisi, 254 km uzunluğunda optik rabitə xəttinin çəkilməsi və 35 min cüt abonent şəbəkəsinin işə salınması nəzərdə tutulur.

Bu işlərin reallaşdırılmasına 13,7 milyon avro həcmində investisiya cəlb olunub. Vəsaiti Avropa Yenidənqurma və İnkişaf Bankı ayıracaq. Kredit üzrə faiz dərəcəsi illik 6 faiz təşkil edir.

İB-dən vurğulayıblar ki, 2015-ci il yanvarın 1-nə olan vəziyyətə görə, "AztelekomNet" dövlət provayderinin fəaliyyət zonasında genişzolaqlı qoşulmaların sayı 240 minə çatır. Bunlardan 38,3 faizi (92 min) özəl internet xidmətləri tədarükçülərinin payına düşür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti