...

Səfir: Macarıstan və Azərbaycan qarşılıqlı əlaqələrin möhkəmləndirilməsini davam etdirəcək

Nəzər nöqtəsi Materials 10 Dekabr 2016 12:12 (UTC +04:00)
Macarıstan və Azərbaycan arasında əlaqələr ən yüksək səviyyədədir, iki ölkə lideri arasında qarşılıqlı etibara əsaslanan münasibət var.
Səfir: Macarıstan və Azərbaycan qarşılıqlı əlaqələrin möhkəmləndirilməsini davam etdirəcək

Bakı. Anaxanım Hidayətova - Trend:

Macarıstan və Azərbaycan arasında əlaqələr ən yüksək səviyyədədir, iki ölkə lideri arasında qarşılıqlı etibara əsaslanan münasibət var.

Bunu Trend-ə Macarıstanın Azərbaycandakı səfiri İmre Laslotski deyib.

Diplomatın sözlərinə görə, iki ölkə arasında nazirliklər səviyyəsində möhkəm əlaqələr var. Eləcə də yüksək səviyyədə humanitar əlaqələr mövcuddur.

Səfir bildirib: "Azərbaycanda Budapeştə birbaşa reyslər təşkil edən Macarıstanın "Wizz Air" aviaşirkətinin fəaliyyət göstərməsi müsbət haldır. Bu, bizim ölkə vətəndaşlarına bir-birilərini yaxından tanımağa kömək edir. Macarlar və azərbaycanlılar ruhən yaxındırlar, bizdə böyüklərə hörmət, adət-ənənəmizə sahib çıxma kimi keyfiyyətlər önəmlidir".

Diplomat həmçinin vurğulayıb ki, 2016-cı ilin mart ayı ikitərfli münasibətlərdə önəmli bir ay oldu, belə ki, Macarıstanın baş naziri Viktor Orban Azərbaycana səfər etdi.

Səfir deyib: "İki il qabaq Azərbaycan Prezidenti Macarıstana səfər etdi, martda tərəflər razılaşdılar ki, hər il səfərlər olsun".

Qeyd edək ki, gələn ilin yanvar ayından Macarıstanın səfirliyi Bakıda NATO-nun kontakt ofisi funksiyasını həyata keçirməyə başlayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti