NATO-nun təşkilatın 60 illiyinə həsr olunmuş aprel sammiti "ev, ailə şəraitində" keçəcək. Bu haqda Moskvadakı mətbuat konfransında Rusiyanın NATO-dakı daimi nümayəndəsi Dmitri Roqozin bildirib, "Vesti" xəbər verib.
"NATO ailə ortamında keçəcək sammitdə öz gələcəyinin konturlarını müəyyən etməlidir", - Roqozin deyib. "Sammit qonaqsız keçəcək və tərəfdaşlıqlar olmayacaq", - o əlavə edib.
"Aprel sammtinin sıx dairədə keçməsinə bir neçə səbəb var", - Roqozin aydınlaşdırıb.
"Birincisi, yeni amerikan prezidenti Barak Obamanın debütü, baxışdan keçməsi olacaq. İlk dəfə o həmkarları ilə ikitərəfli olmayan formatda görüşəcək və NATO-çular hesab edir ki, bu onların bayramına rəng qatacaq. İkincisi: orada ilk dəfə NATO-nun strateji konsepsiyasının fundamental əsasları müzakirə ediləcək. NATO yeni zamanda özünü axtarır, özünün nə olmasını anlamağa çalışır - ya üzv ölkələrin coğrafiyasını aşmayan müdafiə ittifaqı olmalı, ya da alyans hazırda Vaşinqtonda cızılan xətlər üzrə inkişaf etməlidir", - Roqozin deyib.