...

İran polisinin rəisi müxalifəti qiyama təhrikçilikdə günahlandırıb

Dünya xəbərləri Materials 21 İyul 2009 16:30 (UTC +04:00)
İran polisinin rəisi İsmayıl Əhmədimüqəddəm çərşənbə axşamı müxalifəti ötən ay keçirilmiş prezident seçkilərindən sonra baş verən iğtişaşlara təhrikçilikdə günahlandırıb və bildirib ki, polis asayişin qorunması üçün sərt fəaliyyət göstərəcək. Bu barədə Reuters IRNA informasiya agentliyinə istinadən məlumat verir.
İran polisinin rəisi müxalifəti qiyama təhrikçilikdə günahlandırıb

İran polisinin rəisi İsmayıl Əhmədimüqəddəm çərşənbə axşamı müxalifəti ötən ay keçirilmiş prezident seçkilərindən sonra baş verən iğtişaşlara təhrikçilikdə günahlandırıb və bildirib ki, polis asayişin qorunması üçün sərt fəaliyyət göstərəcək. Bu barədə Reuters IRNA informasiya agentliyinə istinadən məlumat verir.

"Seçkilər zamanı öz məqsədlərinə nail ola bilməyən bir sıra insanlar müxtəlif yollarla seçkilərin nəticələri barədə şübhələr yaymaqda davam edir ki, bu da iğtişaşlara səbəb olur", - polis rəisi ad çəkməyərək deyib.

"Bu qrup insanlar qanuna riayət etməyi tələb edərək özləri ona riayət etmirlər", - Əhmədimüqəddəm bildirib.

Xəbər lenti

Xəbər lenti