NATO silahlı qüvvələrinin İraqa soxulmasından bir neçə gün öncə Britaniya kəşfiyyatı Səddam Hüseynin malik olduğu kimyəvi silahlardan çox güman ki, istifadə etmək iqtidarında olmaması barədə məxfi məlumat alıb, BBC Russian saytı yazır.
Belə bəyanatla Böyük Britaniya Xarici İşlər Nazirliyinin nümayəndəsi Uilyam Erman parlamentdə keçirilən İraqdakı müharibədən öncəki vəziyyətə həsr olunmuş ictimai dinləmələr zamanı çıxış edib.
Onun sözlərinə görə, Britaniya kəşfiyyatından hökümətə daxil olan məruzədə ehtimal edilib ki, kütləvi qırğın silahları "yığılıb hazırlanmamış vəziyyətdədir və Hüseyn onların quraşdırılmasına dair əmri hələ verməyib".
Təxminən eyni vaxtda yazılmış daha bir məruzənin müəllifləri bildirirdilər ki, ola bilsin İraq kütləvi kimyəvi qırğın silahlarının istifadəsi üçün nüvə başlıqlarıının çatışmamazlığı ilə üzləşib, Erman əlavə edib.
Həmin vaxt Britaniya XİN-in nümayəndəsi bəyan etdi ki, İraqa daxil olmaq barədə qərarı dəstəkləyir, beləki İraq BMT-nin qətnamələrini həmişə pozub.
Bundan əlavə Erman deyib ki, kəşfiyyatın məlumatları ziddiyyətli olub və İraqda baş verənlərin aydın mənzərəsini görməyə imkan verməyib.
Erman 2002-ci ildən 2004-cü ilə kimi Böyük Britaniya XİN-in müdafiə və kəşfiyyat məsələləri üzrə departament rəhbəri vəzifəsində çalışıb. Dinləmələr zamanı o bəyan edib ki, İraqda kütləvi qırğın silahlarının olmaması xəbəri hökümət üçün "sürpriz" olub.
"Biz tamamilə başqa şey gözləyirdik", - o əlavə edib.
İraqa hərbi müdaxilənin rəsmi səbəbləri, həmçinin Səddam Hüseyinin 45 dəqiqə ərzində döyüşə hazır ola biləcək kütləvi qırğın silahlarına sahib olması barədə artıq təkzib olunmuş bəyanatlar parlamentdə, eləcə də Britaniya ictimaiyyətində kəsilmək bilməyən mübahisələrə səbəb olmuşdur.
Çərşənbə günü ümumi dinləmələrin ikinci günündə komissiya İraq tərəfdən təhlükənin nə dərəcədə ciddi olmasına və İraqda olan silahların hərbi əməliyyatın başlanmasına nə dərəcədə təsir etməsinə diqqəti cəmləyib.
BBC-nin beynəlxalq işlər üzrə müxbiri Piter Balzın sözlərinə görə, əraziyə daxil olmamışdan az öncə Britaniya hökümətinin araşdıraraq aldığı məlumat artıq əvvəlki dinləmələrdə də göstərildiyi kimi qeyri-dəqiq və ziddiyyətli olub.
Lakin müxalif Liberal-demokratik partiyasının nümayəndəsi Ed Deyvi, Ermanın dediklərini Böyük Britaniyanın keçmiş Baş naziri Toni Bleyerin İraqın beynəlxalq təhlükəsizlik üçün "şübhəsiz və aşkar təhlükə" olması barədə bəyanatına qarşı"heyranedici kəşf" adlandırıb.
"Bu, keçmiş Baş nazirin nüfuzuna ciddi zərər gətirir. Səbəblərin yetərliyinə tamamilə əmin olmadan müharibəyə yollanmaq barədə qərar vermək beynəlxalq qanunvericiliyin mümkün pozulması barədə məsələlər qaldırır", - Deyvi deyib.