İran yeni aviaşirkətlərlə əməkdaşlıq etməyə hazırdır. Belə ki, ölkə səylərini ikiqat artırmaq və yeni ildə (martın 21-də başlayıb) işi canlandırmaq niyyətindədir. Bu barədə Press TV IRNA agentliyinə istinadən məlumat yayıb.
"Biz hava limanlarındakı (bütün ölkədə) mövcud avadanlıqları və vasitələri nəzərə alaraq yeni şirkətləri qəbul etməyə hazırıq", - İranın hava limanları şirkətinin baş işlər müdiri Möhsün İsmaili bildirib. O əlavə edib ki, "təhlükəsiz uçuçların" təminatı üçün havada və yerdə qabaqcıl radiolokasiya və naviqasiya sistemlərinin olması vacibdir ki, bu da şirkət tərəfindən dəstəklənməlidir.
"Uçuşların təhlükəsizliyinin təminatı sahəsində şirkətin xidmətləri beynəlxalq standartlara uyğundur", - şirkət nümayəndəsi bildirib. O əlavə edib ki, uçuşların təhlükəsizliyinin təminatı üçün əlavə tədbirlər görülməlidir.
İsmaili deyib ki, bu il Novruz bayramı zamanı 1000 daxili və 180-190 beynəlxalq reys qeydə alınıb.
Rəqəmlər ötən ilin analoji dövrü ilə müqayisədə xeyli artımın olduğunu göstərir.