...

Fələstin mövzusu insan haqları baxımından ən aktual mövzudur - Xamneyi

Dünya xəbərləri Materials 1 İyun 2010 15:53 (UTC +04:00)
İnsan haqları baxımından Fələstin mövzusu ən aktual mövzudur. Bunu İranın ali lideri Əli Xamneyi deyib.
Fələstin mövzusu insan haqları baxımından ən aktual mövzudur - Xamneyi

İnsan haqları baxımından Fələstin mövzusu ən aktual mövzudur. Bunu İranın ali lideri Əli Xamneyi deyib. Məlumatı MEHR informasiya agentliyi yayıb.

O əlavə edib ki, sionizm amansızlığına görə hətta faşizmi də ötüb keçib.

Ali lider ərəb dünyasını İsrailə qarşı sərt mövqe tutmağa, Qəzza sektorunu İsrail blokadasından azad etməyə, sonra isə İsrail rəhbərliyini məhkəməyə cəlb etməyə və cəzalandırmağa çağırıb.

İsrailin xüsusi təyinatlıları bazar günündən bazar ertəsinə keçən gecə neytral sularda altı gəmidən ibarət "Azadlıq donanması"nın ələ keçirilməsi üzrə əməliyyat həyata keçiriblər. Donanmanın tərkibində mühasirədə olan Qəzza sektoruna yollanan humanitar yüklə birlikdə ən azı 600 nəfər hüquq müdafiəçisi olub. Onların əksəriyyəti türk vətəndaşları olub. Dünya KİV-in verdiyi məlumata görə, hazırda İsrailin həyata keçirdiyi xüsusi əməliyyatın qurbanlarının sayı 19 nəfərə çatıb. İsraillilərsə 10 nəfərin öldüyünü iddia edirlər.

Xəbər lenti

Xəbər lenti