...

ABŞ Dövlət Departamenti Ukraynadakı vəziyyətdən narahatlığını ifadə edib

Dünya xəbərləri Materials 19 Fevral 2014 12:00 (UTC +04:00)
ABŞ Dövlət Departamenti Ukraynadakı hadisələrin inkişafından narahatdır. Bu barədə Dövlət Departamentinin rəsmi nümayəndəsi Cennifer Psaki bəyan edib.
ABŞ Dövlət Departamenti Ukraynadakı vəziyyətdən narahatlığını ifadə edib

Azərbaycan, Bakı, 19 fevral / Trend/

ABŞ Dövlət Departamenti Ukraynadakı hadisələrin inkişafından narahatdır. Bu barədə Dövlət Departamentinin rəsmi nümayəndəsi Cennifer Psaki bəyan edib. Trend-in məlumatına görə, xəbəri "İnterfaks" yayıb.

O qeyd edib ki, dövlət katibi Con Kerri bu gün vitse-prezident Baydenin bilavasitə Prezident Yanukoviçə Kiyev küçələrində zorakılığın yolverilməz olması ilə bağlı ifadə etdiyi dərin narahatlığı bölüşür.

Psaki qeyd edib: " Ukraynadakı dərin parçalanmanın qarşısı günahsız insanların qanları hesabına alına bilməz".

Bir müddət əvvəl ABŞ-ın vitse-prezidenti Co Bayden Ukrayna Prezidenti Viktor Yanukoviçlə telefonla söhbətində Ukraynadakı vəziyyətlə bağlı narahatlığını ifadə edib, eləcə də Yanukoviçi "küçələrdən hökumət qoşunlarını çıxarmağa və maksimum təmkin nümayiş etdirməyə çağırıb".

Məlumatda deyilir ki, Bayden münaqişənin bütün tərəflərinin "tətbiq etdiyi zorakılığı pislədiyini", lakin "gərgin vəziyyətin aradan qaldırılmasında əsas məsuliyyətin hökumətin üzərinə düşdüyünü" bildirib.

Bu arada Kiyevdə vəziyyət gərgin olaraq qalır. Ukrayna DİN Kiyevdəki iğtişaş qurbanlarının radikallar tərəfindən qətlə yetirildiyini ehtimal edir. Nazirlik asayiş keşikçilərinin odlu silahdan istifadə etmədiklərini qeyd edir. Nazirliyin məlumatında hüquq-mühafizə orqanları əməkdaşlarının istisnasız olaraq travmatik patronları olan vasitədən istifadə etdikləri qeyd olunur.

Son məlumatlara görə, Kiyevdə baş verən iğtişaşlardan sonra beş jurnalist xəstəxanaya yerləşdirilib. Ukrayna Səhiyyə Nazirliyinin məlumatında bildirilir ki, onların arasında hüquq-mühafizə orqanlarının 79 əməkdaşı, beş jurnalist, bir deputat, 18 yaşadək üç uşaq var".

Nazirlik ümumilikdə 351 nəfərin yaralandığını, 25 nəfərin isə həlak olduğunu bildirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti