...

Moskva merinin müavini: Metroda qəza nəticəsində 10-a yaxın insan həlak olub

Dünya xəbərləri Materials 15 İyul 2014 14:13 (UTC +04:00)
Moskva metrosunda qəza nəticəsində ona yaxın insan həlak olub. Bu barədə jurnalistlərə Moskva merinin müavini Pyotr Biryukov bildirib.
Moskva merinin müavini: Metroda qəza nəticəsində 10-a yaxın insan həlak olub

Azərbaycan, Bakı, 15 iyul /Trend/

Moskva metrosunda qəza nəticəsində ona yaxın insan həlak olub. Bu barədə jurnalistlərə Moskva merinin müavini Pyotr Biryukov bildirib. Trend-in məlumatına görə, xəbəri İTAR-TASS yayıb.

Biryukovun sözlərinə görə, tibbi yardım üçün 149 nəfər müraciət edib, onlardan 106-sı xəstəxanaya yerləşdirilib.

Moskva şəhər merinin müavini Maksim Liksutovun sözlərinə görə, "Park Pobedı"- "Slavyanskiy bulvar" stansiyaları arasındakı tuneldə azı beş nəfər qalıb. O, bu rəqəmlərin dəqiq olmadığını bildirib.

Daha əvvəl hüquq-mühafizə orqanlarındakı mənbə qatarın dağılmış vaqonunda 7 nəfərin qaldığını bildirmişdi.

Xilasedicilər hadisə yerində yaralıları çıxarmağa çalışırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti