...

Yunanıstanda ilk dəfə qadın baş nazir oldu

Dünya xəbərləri Materials 27 Avqust 2015 20:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 avqust /Trend/

Yunanıstan tarixində ilk dəfə xanım baş nazir oldu. Ölkənin Ali Məhkəməsinin sədri Vasilika Tanu Xristofilu Yunanıstanın keçid hökumətinin baş naziri oldu. Trend-in məlumatına görə, bu barədə RİA Novosti yunan Anampa agentliyinə istinadən xəbər verir.

Yunanıstan prezidenti Prokopis Pavlopulos ölkənin Ali Məhkəməsinin sədri Vasilika Tanu Xristofilunun rəhbərliyi ilə keçid hökumətinin yaradıldığını elan edib.

V.T.Xristofilu baş nazir postunu ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsinə qədər tutacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti