Bakı. Trend:
Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Yukiya Amano dekabrın 18-də İrana səfər edəcək.
Bu barədə Trend "RİA Novosti" agentliyinə istinadən xəbər verir.
Təşkilatın mətbuat xidmətindən verilən məlumata görə, səfər zamanı İranın nüvə öhdəliyini yerinə yetirməsi məsələsi müzakirə olunacaq.