...

Türkiyə ordusu yenə itki verdi (YENİLƏNİB)

Dünya xəbərləri Materials 30 Dekabr 2016 10:21 (UTC +04:00)
Rusiya qırıcılarının hava zərbələri nəticəsində isə 12 İŞİD-çi zərərsizləşdirilib.
Türkiyə ordusu yenə itki verdi (YENİLƏNİB)

Bakı. Trend:

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında apardığı "Fərat qalxanı" əməliyyatının 129-cu günündə 1 türk hərbçi ölüb, 5-i yaralanıb.

Bu barədə Trend Türkiyə SQ Baş Qərargahına istinadən məlumat verir.

Əməliyyat zamanı 26 İŞİD silahlısının zərərsizləşdirildiyi bildirilir.

Bundan başqa, Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus qırıcılar İŞİD-in 17 mövqeyini məhv edib.

Rusiya qırıcılarının hava zərbələri nəticəsində isə 12 İŞİD-çi zərərsizləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti