Bakı. Tural Turan - Trend:
İranın Xuzistan əyalətinin Dezful kəndində "F-5" markalı hərbi təyyarə qəzaya uğrayıb.Trend-in məlumatına görə, pilot qəza zamanı həyatını itirib, daha bir nəfər yaralanıb.
İran televiziyasının məlumatına görə, təyyarə günorta saatlarında texniki nasazlıq səbəbindən yerə düşüb.
Qəza ilə bağlı araşdırma aparılır.