...

Fransa hökuməti ölkədə terror təhlükəsi səviyyəsini azaldıb

Dünya xəbərləri Materials 15 Dekabr 2018 06:14 (UTC +04:00)

Bakı. Trend:

Fransa höküməti "Vigipirate" antiterror fəaliyyəti planı üzrə təhlükə səviyyəsi uzaldılıb.

Trend-in məlumatına görə, bu barədə Fransa hökümətinin "Twitter" səhifəsində yerləşdirilən məlumatda deyilir.

Məlumatda bildirilir: "Bu gün "Vigipirate" planı ölənin bütün ərazisi üzrə "Gücləndirilmiş təhlükəsizlik tədbirləri - Terror aktı təhlükəsi" səviyyəsinə keçir. İnsanların kütləvi toplaşdıqları yerlər güclü nəzarət və mühafizə altında olacaq".

Xatırladaq ki, dekabrın 12-si 29 yaşlı Şerif Şekat Strasburq şəhərində milad yarmarkasında insanlara atış açıb. Hadisə nəticəsində 3 nəfər həlak olub, 13 nəfər isə yaralanıb. Dekabrın 13-ü axşam saatlarında Fransanın hüquq-mühafizə orqanlarının əməkdaşları atəş açan şəxsin gizləndiyi yeri təyinediblər. Xüsusi əməliyyat zamanı Ş.Şekat silahlı müqavimət göstərib və polis tərəfindən zərərsizləşdirilib.

Silahlı hücuma görə cavabdehliyi İŞİD terror qruplaşması öz üzərinə götürüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti