...

Moskva hava limanında təyyarə alışıb: 13 nəfər ölüb (YENİLƏNİB)

Dünya xəbərləri Materials 5 May 2019 22:13 (UTC +04:00)
Moskvada qəza enişi edən "Sukhoi Superjet 100" təyyarəsinin alışması nəticəsində ölənlərin sayı 13-ə çatıb.
Moskva hava limanında təyyarə alışıb: 13 nəfər ölüb (YENİLƏNİB)

Bakı. Trend:

Moskvada qəza enişi edən "Sukhoi Superjet 100" təyyarəsinin alışması nəticəsində ölənlərin sayı 13-ə çatıb.

Trend-in TASS-a istinadən verdiyi məlumata əsasən, hadisə nəticəsində daha 6 nəfər yaralanıb. Sərnişinlərin bir hissəsinin taleyi məlum deyil.

21:26

Moskvanın "Şeremetyevo" hava limanında "Sukhoi Superjet 100" təyyarəsində yanğın baş verib.

Trend-in məlumatına görə, hadisə nəticəsində bir nəfər ölüb, daha dörd nəfər isə yaralanıb. Məlumatı Rusiyanın İstintaq Komitəsinin mətbuat xidmətindən təsdiqləyiblər.

Göyərtəsində 78 nəfər olan təyyarə Moskvadan Murmanska uçurdu. "Şeremetyevo" hava limanında qəza enişi etdikdən sonra isə "Sukhoi Superjet 100" alışıb.

Təyyarənin ekipajı bildirib ki, yanğın təyyarəni ildırım vurduğuna görə baş verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti