...

Britaniya ordusunun İraq və Əfqanıstandakı hərbi cinayətlərinin gizlədilməsi ehtimal olunur

Dünya xəbərləri Materials 18 Noyabr 2019 05:33 (UTC +04:00)
Britaniya hərbi qüvvələrinin İraq və Əfqanıstanda törədə biləcəyləri hərbi cinayətlərin, o cümlədən mülki şəxslərin öldürmələri və işgəncə vermələri ölkənin hərbi rəhbərliyi tərəfindən gizlədilməsi bildirilib
Britaniya ordusunun İraq və Əfqanıstandakı hərbi cinayətlərinin gizlədilməsi ehtimal olunur

Bakı. Trend:

Britaniya hərbi qüvvələrinin İraq və Əfqanıstanda törədə biləcəyləri hərbi cinayətlərin, o cümlədən mülki şəxslərin öldürmələri və işgəncə vermələri ölkənin hərbi rəhbərliyi tərəfindən gizlədilməsi bildirilib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə noyabrın 17-də Britaniyanın "Sunday Times" qəzeti və BBC yayım korporasiyasının əldə etdiyi gizli sənədlərdə deyilib.

İngilis hərbçilərinin İraq və Əfqanıstandakı fəaliyətlərini araşdıran hərbi müstəntiqlərə istinad edərək, bu media vasitələri, Britaniya Silahlı Qüvvələrinin xüsusi bölməsi olan Xüsusi Hava-Xidməti (SAS) hərbçilərindən birinin qətllər törətdiyini, habelə Şotlandiyanın "Black Watch" hərbi bölməsinin döyüşçülərinin məhbuslara işgəncələr verildiklərini və onlara qarşı cinsi zorakılıq tətbiq etdiklərini bildirir.

Sənədlərdə İngiltərə Müdafiə Nazirliyi tərəfindən "polisin İraq və Əfqanıstandakı Britaniya qüvvələrinin davranışı dair iddiaları ilə əlaqədar geniş araşdırmalar apardığı" ifadəsi verilmişdir. Krallığın Müdafiə Nazirliyi qeyd edib: "Müstəqil hərbi prokurorluq araşdırılması üçün verilən işlərin heç biri üzrə cinayət təqibi başlamamaq qərarına gəlib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti