...

Mixail Mişustin Rusiyanın baş naziri oldu (YENİLƏNİB)

Dünya xəbərləri Materials 16 Yanvar 2020 16:34 (UTC +04:00)
Rusiya Dövlət Duması Federal Vergi Xidmətinin rəhbəri Mixail Mişustini ölkənin baş naziri vəzifəsinə təsdiqləyib.
Mixail Mişustin Rusiyanın baş naziri oldu (YENİLƏNİB)

Bakı. Trend:

Rusiya Dövlət Duması Federal Vergi Xidmətinin rəhbəri Mixail Mişustini ölkənin baş naziri vəzifəsinə təsdiqləyib.

Trend-in məlumatına görə, 383 deputat onun lehinə səs verib. 41 nəfər bitərəf qalıb. Əleyhinə səs verən olmayıb.

54 yaşlı M.Mişustin 2010-cu ildən Federal Vergi Xidmətinin rəhbəri olub.

Qeyd edək ki, ötən gün Dmitri Medvedev prezidentin Federal Şuraya müraciətindən sonra hökumətin tam tərkibdə istefaya getdiyini açıqlayıb.

Prezident Vladimir Putin Mixail Mişustin ilə işgüzar görüş keçirib və ona hökumətin sədri vəzifəsini təklif edib.

Bu gün isə Rusiya Prezidenti Mixail Mişustinin Baş Nazir vəzifəsinə təyin edilməsi ilə bağlı Fərman imzalayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti