...

Türkiyədə koronavirusa yoluxanların sayı 191 nəfərə çatıb

Dünya xəbərləri Materials 19 Mart 2020 00:15 (UTC +04:00)
Türkiyədə koronavirusa yoluxanların sayı 191 nəfərə çatıb

Bakı. Trend:

Türkiyədə COVİD-19 koronavirusuna daha 93 nəfər yoluxub.

Trend-in məlumatına görə, bu barədə öz "Twitter" səhifəsində Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

Onun sözlərinə görə, ölkədə koronavirusdan daha bir nəfər ölüb və ölənlərin sayı 2 nəfərə çatıb. Nazir bildirib ki, koronavirusa yoluxanların ümumi sayı 191 nəfər təşkil edir.

F.Koca qeyd edib ki, ikinci ölən şəxs 61 yaşında kişi olub.

Xatırladaq ki, ötən gün Türkiyədə yeni koronavirusdan ilk ölüm halı qeydə alınmışdı.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı dünyada 200 mindən artıq insanın yeni növ koronavirusa yoluxduğunu, 8 mindən artıq insanın isə bu virusdan öldüyünü bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti