Bakı. Trend:
Qırğızıstanda yeni növ koronavirusa daha 17 nəfər yoluxub.
Trend-in "Kabar"a istinadən verdiyi məlumata görə, bunu ölkənin səhiyyə nazirinin müavini Nurbolot Usenbeyev brifinq zamanı deyib.
Onun sözlərinə görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 682 nəfərə çatıb. Yoluxanlardan 370 nəfəri sağalıb, 8 nəfər isə dünyasını dəyişib.