...

Çində zavod partladı - Ölən və yaralananlar var

Dünya xəbərləri Materials 8 Yanvar 2021 14:08 (UTC +04:00)
Çində zavod partladı - Ölən və yaralananlar var

Bakı. Orxan Nəbiyev - Trend:

Çinin cənubundakı Ninsyan şəhərində işlənmiş akkumulyatorların təkrar emalı zavodunda partlayış baş verib.

Trend-in məlumatına görə, hadisə nəticəsində 1 nəfər həlak olub, daha 20 nəfər isə xəsarət alıb.

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Onlardan 6 nəfərinin vəziyyəti ağır olaraq qiymətləndirilir.

Partlayışın səbəbləri ilə bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti