...

ÜST: Dünyada ötən sutka koronavirusa 413 mindən çox yoluxma qeydə alınıb

Dünya xəbərləri Materials 12 Fevral 2021 00:49 (UTC +04:00)
ÜST: Dünyada ötən sutka koronavirusa 413 mindən çox yoluxma qeydə alınıb

Bakı. Trend:

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 413 mindən çox artıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 413 858 nəfər yeni koronavirusa yoluxub, 12 787 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 106 991 090, ölənlərin isə 2 347 015 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti