...

Avropa koronavirusun üçüncü dalğasının qarşısını almaq üçün kifayət qədər vaksinə malik deyil - Nazir

Dünya xəbərləri Materials 19 Mart 2021 17:48 (UTC +04:00)

Bakı. Orxan Nəbiyev - Trend:

Avropa koronavirusun üçüncü dalğasının qarşısını almaq üçün kifayət qədər vaksinə malik deyil.

Trend-in məlumatına görə, bunu Almaniyanın səhiyyə naziri Yens Şpan deyib.

Qeyd edək ki, ötən həftə Avropada virusdan ölənlərin sayı 900 min nəfəri keçib.

Hazırda Avropada koronavirusa qarşı dörd vaksindən istifadə olunur. Avropa İttifaqında bu günədək "BioNTech-Pfizer", "Moderna", "AstraZeneca" və "Johnson & Johnson" vaksinlərinin tətbiqinə icazə verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti